Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Türkiyə prezidenti Abdullah Gül İrəvana səfər edib-etməyəcəyi haqda bu günədək konkret danışmasa da onun səfəri ilə bağlı neçə vaxtdır davam edən müəmmalara nöqtə qoyulub. Baş nazir Rəcəb Tayyib Ərdoğan onun adından elan edib ki, bu səfər baş tutacaq. “Xarici işlər naziri ilə birgə gedəcəklər, oturub hər şeyi müzakirə edəcəklər, xeyirli olsun”- deyə Ərdoğan bildirib. Xatırladaq ki, Ermənistan prezidenti Serj Sərkisyan A.Gülü iki ölkənin milli futbol komandalarının oyununa baxmaq üçün İrəvana dəvət edib. Əslində bu dəvət Ermənistanla Türkiyə arasında barışıq əldə edilməsinə xidmət edir. Sentyabrın 6-da keçiriləcək futbol matçına az qalsa da Türkiyə prezidenti hələ də Ermənistana gedib-getməyəcəyini açıqlamırdı. Hətta onun İrəvana gedəcəyi haqda həm Türkiyə, həm də Ermənistan hökumətindəki mənbələrə istinadən xəbərlər yayılırdı. Amma A.Gül Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən 30 avqust Qələbə bayramı münasibətilə təşkil edilən ziyafətdə jurnalistlərin bu məsələ ilə bağlı suallarına cavab olaraq “hələ qərar vermədim” deyib. Baxmayaraq ki, onun İrəvana gedəcəyini həmin mərasimdə iştirak edən baş nazir Ərdoğan da təsdiqləmişdi. Xatırladaq ki, ötən həftə Türkiyə hökumətinə bağlı mənbələr Prezidentin Xüsusi Mühafizə Xidmətinin 15 əməkdaşının dövlət başçısının təhlükəsizliyini təmin etmək üçün İrəvana göndəriləcəyini xəbər verib. “Maskalı pişiklər” adlı xüsusi təyinatlı dəstənin əməkdaşlarının dünən İrəvana göndəriləcəyi gözlənilirdi. Onlar Ermənistan prezidentinin mühafizə xidməti ilə birgə A.Gülün təhlükəsizliyini təmin edəcək. Türkiyə mətbuatının məlumatına görə, A.Gül əvvəlcədən İrəvana səfərin tərəfdarı olub. O, Ermənistana səfər edən ilk Türkiyə prezidenti adını qazanmaq istəyib. Lakin Xarici İşlər Nazirliyindən diplomatlar prezidentə məsləhət görüb ki, bu səfərə ehtiyatla yanaşsın. Bildirilir ki, Azərbaycan prezidenti İlham Əliyevin bu səfərdən narahat olacağı yönündəki fikirlər səfərə hazırlığın son anadək gizli aparılmasına səbəb olub. Məlumatlara görə, A.Gül İrəvanda ən çoxu 3 saat qalmaq istəyir. Onun hava limanından birbaşa İrəvanın “Razdan” stadionuna getməsi gözlənilir. A.Gülün S.Sərkisyanla görüşü və danışıqları da stadionda baş tutacaq. Oyun başa çatandan dərhal sonra A.Gül Ankaraya dönəcək. A.Gülün bu səfər zamanı Ermənistan prezidenti ilə rəsmi danışıqlar aparacağı gözlənilmir. Lakin digər məlumata görə, belə danışıqlar istisna da deyil, xarici işlər naziri Əli Babacan isə ermənistanlı həmkarı ilə Türkiyənin irəli sürdüyü “Qafqaz platforması” ideyası ilə bağlı ayrıca müzakirələr aparacaq. Türkiyənin ana müxalifət lideri Dəniz Baykal isə prezident A.Gülün İrəvana getmək qərarını tənqid edib. Onun sözlərinə görə, prezidentin səfəri heç də futbol matçına baxmaq məqsədi daşımır: “Bu, uzun müddətdir aparılan siyasətin bəhrəsidir. Türkiyə indi bir futbol matçı bəhanəsi ilə Ermənistanla yeni münasibətlərə girməyə çalışır. Bu günə qədər bizim Ermənistana dair siyasətimiz nəyə görə o cür idi? Nəyə görə Ermənistanla münasibətlərimizdə diqqətlə davranırdıq və əlaqələr qurmaq üçün şərtlər irəli sürürdük? Ermənistanla nəyə görə Azərbaycanla olan münasibətləri qurmamışdıq, bunun səbəbləri nə idi?” D.Baykal bu sualları izah edərək deyib ki, Ermənistan bu günədək Türkiyənin sərhədlərini tanımayıb. İkincisi, “soyqırım” iddialarını bütün vasitələrlə dəstəkləyir. Üçüncüsü isə Ermənistan Azərbaycan torpaqlarını işğal edib. “Ona görə də mənə “Ermənistanda futbola baxmağa gedərsinizmi” sualına “Yox, Bakıya matça getməyi üstün tutardım” şəklində cavab verirəm”- deyə D.Baykal jurnalistlərə bildirib. F.MƏMMƏDOV musavat
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Gilanda 9 vəkilə həbs cəzası verildi
Savalan zirvəsindəki göl tamamilə donub
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı