Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Enes Cansevər [email protected]/* */ Qafqazın qəribə günləri başlayır və ya göz yumsaq da anlamamaq olmur Bugünkü yazımı tamamilə siyasətdənkənar, fərqli bir mövzuda yazmaq istəyirdim. Xətrini çox istədiyim bir dostum var və biz tez-tez görüşürük. Hər görüşəndə o dostum Nizamidən, M.Ə.Sabirdən şeirlər oxuyur və biz ədəbiyyat dünyasına baş vurub, söhbətimizi o mövzularla gözəlləşdiririk. Allah rəhmət eləsin gözəl söz söyləyən əcdadlarımıza. Sabirin “Hop-hopnamə”sinə baxın, görün bir əsr bundan əvvəl bu böyük fikir adamı nə qədər gözəl sözlər deyib. O sözlər bugünkü Qafqaz hadisələrinin xəritəsini gözlərimiz qarşısına gətirir. Sanki rəhmətlik Sabir Qafqazda bu gün baş verənləri görürmüş kimi aşağıdakı sətirləri qələmə alır: Görmə: - baş üstə, yumaram gözümü, Dinmə: - mütiyəm, kəsərəm sözümü. Bir söz eşitmə: - qulağım bağlaram, Gülmə: - Pəki, şami-səhər ağlaram, Qanma: - bacarmam, məni mazhur tut. Böyük söz ustadı Sabirin dediyi kimi, qanmamaq mümkün deyil. Bu gün dünyanın güclü dövlətlərinin öz mənfəətləri üçün törətdikləri çirkin əməllər, Qafqaz coğrafiyasında oynadıqları ssenarilər, qurduqları tələləri qanmamaq, anlamamaq mümkün deyil. Qafqaz dedikdə, adamın ağlına sıldırım dağlar, aşırımlı yollar gəlməsin, eyni zamanda zəngin, etnik-demoqrafik bir coğrafiya düşünülsün. Belə deyirlər ki, Qafqazı idarə eləmək üçün ən azı 80 dil bilmək lazımdır. 80 dil bilməsən də, heç olmasa, 80 tərcüməçin olmalıdır. Çünki burada o qədər müxtəlif xalqlarla, mədəniyyətlə tanış olacaqsan ki, hamısını anlaman, başa düşmən çox çətin məsələdir. Həqiqətən də, Sabirin dediyi kimi, görməsəm də, danışmasam da, eşitməsəm də, gülməsəm də, baş verən hadisəni anlamamaq mümkün deyil, belə bir şeyi məndən gözləməyin. Dünyada iri dövlətlər arasında mənfəət dartışması, güc tətbiqi elə bir nöqtəyə gəldi ki, 5 milyonluq Gürcüstan dünyanı ikiyə böldü. Bir tərəfdə başda ABŞ və NATO olmaqla, onların müttəfiqi, o biri tərəfdə isə Rusiya, Çin, Hindistan, İran kimi dövlətlər. Allah sonunu xeyrə calasın. Tacikistanın paytaxtı Düşənbədə bir araya gələn Şanxay Əməkdaşlıq Təşkilatı NATO-ya qarşı bloklaşmaq cəhdi kimi dəyərləndirilir. Rusiya asiyalı müttəfiqləri ilə hər sahədə əməkdaşlıq bloku qurub, Qərbə qarşı mübarizəyə hazırlaşır. AB də Rusiyaya qarşı öz təzyiqlərini davam etdirir və bəzi tələblərini qəbul etdirməyə çalışır. Bölgədə maraqların toqquşmasına və gərginliyin getdikcə artmasına baxdıqca, böyük dövlətlərin öz mənfəətlərini təmin etmək üçün oynadıqları ssenariləri qanmamaq, anlamamaq mümkün deyil. Amma bu da bir gerçəkdir ki, bu gün Qafqaz coğrafiyası yeni bir mərhələyə hamilədir. Bu mərhələ yaxşıyamı doğru olacaq, pisəmi doğru, bəri başdan demək bir qədər çətindir. Amma biz hər zaman hadisələrə nikbinlik pəncərəsindən baxaraq inkişafın bu istiqamətdə cərəyan etməsini arzulayırıq. Hadisələr inanılmaz dərəcədə sürətlə cərəyan edir. İki gün əvvəl Türkiyənin “Radikal” qəzetinin müxbirini qəbul edən Ermənistan prezidenti Sarkisyan bir suala cavabında deyir ki, iyunun 6-da Prezident Əliyevlə keçirdiyi görüşdən sonra Ermənistan və Azərbaycan xarici işlər nazirləri Madrid görüşü çərçivəsində 3 dəfə bir araya gəliblər. Sarkisyan Qarabağ probleminin həlli mövzusunda artıq qəti addımların atılacağını, həm də bunun çox qısa zamanda baş verəcəyini bildirir. Həmin müsahibəni diqqətlə oxudum. Diqqətimi çəkən başqa bir məqam isə erməni prezidentin bölgədə Türkiyə, Azərbaycan və Gürcüstanın birgə hərəkət etmələrini, Ermənistanın bu əməkdaşlıqdan kənarda qalmaqla özünə nə qədər böyük zərbə vurduğunu açıq ifadə edir və bundan da özləri üçün dərs çıxardıqlarını boynuna alır. Hadisələr bu qədər sürətlə inkişaf elədiyi bir vaxtda nəzərlər yenə Türkiyəyə dikilib. Qafqazda yüksələn gərginliyin səngiməsi üçün fəal siyasət yürüdən Ankara bu günlərdə Gürcüstanın xarici işlər naziri Yekatrina Tkeşelaşvili ilə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovu qonaq qəbul edəcək. Məmmədyarovun ziyarəti zamanı Gülün Yerevana gedib-getməyəcəyi, gedəcəksə, protokolda nələrin olacağı, Türkiyənin öncüllüyündə davam edən Qafqaz Sabitlik və Əməkdaşlıq Paktının bəzi detalları müzakirə edilərək müəyyənləşdiriləcək. Belə demək mümkünsə, bu səfərin içi doldurulacaq. Çünki dövlət və hökumət rəsmiləri bir işin çərçivəsini cızır, diplomatlar və dövlət rəsmiləri də o mövzunu siyasi, iqtisadi, diplomatik və strateji baxımdan hazırlayırlar. Baş nazir Ərdoğanın keçən həftə Bakıya səfərinin ardınca Azərbaycan xarici işlər nazirinin Ankaraya getməsi bölgədəki hadisələrin nə qədər sürətlə cərəyan etdiyini açıq göstərir. Gürcüstan xarici işlər naziri Tkeşelaşvili də bazar günü İstanbula gedəcək və türkiyəli həmkarı Ali Babacanla görüşəcək. Azərbaycan və Gürcüstan nazirləri ilə görüş keçirəndən sonra Babacan gələn həftənin ikinci günü Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edəcək. Ali Babacan bu görüşlərdə, xüsusilə də, rusiyalı həmkarı ilə bir araya gələndə Ankaranın irəli sürdüyü və Qafqazda getdikcə yüksələn gərginliyi aradan qaldırmağı qarşısına hədəf qoyan Qafqaz Sabitlik və Əməkdaşlıq Paktının detallarını müzakirə edəcəklər. Burada önəmli məqam bundan ibarətdir. Qafqaz Paktının gündəmə gəldiyi gündən bəri regionda çox mühüm hadisələr baş verdi. ABŞ gəmiləri Qara dəniz sularına daxil oldu, NATO Rusiyanı çox sərt bir dillə hədələdi, AB Rusiyaya təzyiqlərini artırdı, ABŞ Rusiya ilə bütün ticari münasibətləri kəsməyə qərar verdi. Rusiya tərəfi də, öz növbəsində, boş durmadı: Tacikistanın paytaxtında keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının üzvlərini hər sahədə əməkdaşlığa cəlb etməyə çalışdı və İranı da bu təşkilata üzv keçirmək istədi. Regionda barışdırıcı mövqe tutan Türkiyənin ABŞ gəmilərini Qara dənizə buraxması səbəbilə rəsmi Moskva ilə Ankara arasında müəyyən gərginlik başladıqdan sonra Lavrov Ankaraya gəlir. Görəsən, Lavrovun Ankara görüşlərindən Qafqaz Paktından başqa, hansı ciddi hesablaşmalar və ya mənfəət müzakirələri ortaya gələcək?zaman
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Gilanda 9 vəkilə həbs cəzası verildi
Savalan zirvəsindəki göl tamamilə donub
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı