Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Vəfa Quluzadə: “Bu, Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirə bilər” Akif Nağı: “Nə qədər gec deyil, Ankara mövqeyini dəyişməlidir” Rəsmi Ankaranın Ermənistanla münasibətlərinə yenidən baxmağa qərar verməsi Azərbaycanda narahatlıqla izlənməkdədir. Türkiyənin Azərbaycan torpaqlarının beşdə birini işğalda saxlayan bir ölkə ilə normal əlaqələr quracağı hələlik əksəriyyət tərəfindən şübhə ilə qarşılansa da, fakt budur ki, artıq ilkin addımlar atılır. Söhbət prezident Abdullah Gülün ermənistanlı həmkarı Serj Sərkisyanın dəvəti əsasında İrəvandakı futbol millilərinin oyununu seyr etməyə hazırlanmasından gedir. Xəbər verildiyi kimi, artıq prezidentin mühafizəçiləri təhlükəsizlik tədbirlərini görməkdən ötrü qabaqcadan Ermənistan paytaxtına getməyi planlaşdırır. Düzdür, Türkiyənin Xarici İşlər Nazirliyi iqtidara bağlı olan “Todays Zaman” qəzetinin yazdıqlarını təkzib edib. Lakin A.Gülün İrəvana səfərinin son anda açıqlanacağı bildirilir. Qeyd edək ki, AKP iqtidarının Ermənistanla yaxınlaşmaq səyləri təkcə Azərbaycanda etiraz doğurmur. Ana müxalifət partiyası CHP-nin başqanı Dəniz Baykal bəyan edib ki, Türkiyə Ermənistana barışıq jestləri göndərərkən Azərbaycanı heç vaxt yaddan çıxarmamalıdır. Sözsüz ki, Türkiyənin öz qapılarını Ermənistanın üzünə açması, münasibətlərin qurulması İrəvana çox faydalıdır. Xüsusilə Gürcüstandakı olayların fonunda ermənilər bununla həm izolyasiyadan çıxmağa, həm də Türkiyənin Azərbaycanla münasibətlərində soyuqluğun yaranmasına nail olacaqlar. Maraqlısı odur ki, dünən Ermənistanda Türkiyənin bu jestlərinin qarşılığında İrəvanın Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini tanımasının vacibliyi barədə müzakirələr aparılıb. Bəzi mənbələr hətta bu məsələnin yaxın günlərdə Ermənistan parlamentində müzakirəyə çıxarıla biləcəyini də söyləyirlər. Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə Türkiyənin ənənəvi mövqeyindən geri çəkildiyindən təəssüfləndiyini bildirdi: “Türkiyə rəhbərliyi demişdi ki, Azərbaycan torpaqları azad olunmayınca Ermənistanla heç bir əlaqə yaratmayacaq. İndi Türkiyə izahat versin ki, Azərbaycan torpaqları hələ işğal altında olduğu halda nədən təcavüzkar dövlətin üzünə öz qapılarını açır?” Politoloq Ankaranın mövqe dəyişikliyinin səbəbləri barədə öz versiyalarını da səsləndirdi: “Görünür, bunun arxasında həm maddi, həm də siyasi maraqlar dayanır. Birincisi, Türkiyə Ermənistanı bir bazar kimi qazanır. İkincisi də görünür, Türkiyənin bu addımı böyük dövlətlərin arzusudur. Həmin dövlətin Rusiya, yoxsa Amerika olduğunu deyə bilmərəm. Amma sözsüz ki, siyasi maraqlar güclüdür”. V.Quluzadə Türkiyə-Ermənistan əlaqələrinin Azərbaycanda çox sərt qarşılanacağına şübhə etmir: “Bu, Azərbaycan-Türkiyə arasında münasibətlərə xələl gətirə bilər. İnanmıram ki, Azərbaycan xalqı bu cür addımı anlayışla qarşılasın. Türkiyə özü cəsarət edib Azərbaycan xalqına bunun səbəbini anlatmaq fikrində deyilsə, bunu onun yerinə kim edə bilər?” Politoloq rəsmi Ankaranın hələ xeyli müddət öncə Ermənistanla münasibətlər qurmağa cəhd göstərdiyini və bunun üçün Azərbaycandan razılıq almaq istədiyini bildirdi: “1995-ci ildə Türkiyə nümayəndə heyəti Heydər Əliyevlə görüşündə ”razılıq verin biz Ermənistanla əlaqələri bərpa edək, bundan siz də koz qazanarsınız", dedi. Heydər Əliyev güldü. Ancaq o vaxt Ermənistanla İstanbul arasında hava koridoru açıldı. Ermənilər o vaxtdan istədikləri vaxt Türkiyəyə işləməyə, istirahət etməyə gəlirlər. Görünür indi bu əlaqələr azlıq edir". V.Quluzadə son zamanlar Türkiyənin xüsusilə Ermənistan məsələsində yürütdüyü siyasəti başa düşmədiyini vurğuladı: “Ərdoğan dəfələrlə Türkiyənin prinsipial mövqeyini bəyan edib. İndi nə baş verib ki, bu mövqe dəyişilir? Bəlkə biz nələrisə bilmirik, qoy Ərdoğan mövqeyini açıqlasın”. Ekspert şübhə etmir ki, Türkiyə sərhədlərini açacağı təqdirdə ermənilərin mövqeyi güclənəcək: “Bununla ermənilər izolyasiyadan çıxacaqlar. Eyni zamanda bəyan edəcəklər ki, biz Türkiyə üçün hətta Azərbaycandan da əhəmiyyətli dövlətik”. Ermənistanın Şimali Kiprin müstəqilliyini tanıması perspektivinə gəldikdə, V.Quluzadə buna ehtiyac olmadığını bildirdi: “Ermənistanın Şimali Kipri tanıması onun başına dəysin. Əgər Kipri tanıyacaqsa, onda şərt irəli sürəcək ki, Türkiyə də ”DQR"i tanısın". Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə birmənalı şəkildə qeyd etdi ki, Türkiyə-Ermənistan yaxınlaşmasının əleyhinədir: “Türkiyə bu mövqedən geri çəkilməlidir. Ermənistanla bu şəkildə xoş münasibətlərin yaranması Türkiyə hakimiyyətinə başucalığı gətirməyəcək. Cəmiyyətdə indiyədək belə sızıltılar var ki, 1920-ci ildə Türkiyə Rusiya ilə anlaşmaya gedib Azərbaycanın maraqlarını qurban verdi. İndi də Türkiyənin Avropa Birliyinə üzv olmaq xatirinə Ermənistanla münasibətlərini normallaşdırması qəbulolunan deyil. İstənilən halda Azərbaycan cəmiyyəti bunu qəbul etməyəcək”. A.Nağı qeyd etdi ki, əgər Türkiyə öz mövqeyindən geri çəkilib təcavüzkar Ermənistanla münasibətlər qurmaqdan imtina etməsə, o zaman rəhbərlik etdiyi təşkilat hərəkətə keçəcək: “Biz Türkiyə səfirliyi qarşısında etiraz aksiyaları keçirəcəyik. Təbii ki, belə olmasını istəməzdik. Ancaq Türkiyə bu addımı atsa, etiraz aksiyalarımız olacaq. Rəsmi Ankaranın Ermənistanla münasibətlər qurmasının ziyanını Azərbaycanla bərabər Türkiyə də çəkəcək. Ona görə də nə qədər ki, gec deyil, Türkiyə mövqeyini dəyişməlidir”. Elşad PAŞASOY musavat
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Gilanda 9 vəkilə həbs cəzası verildi
Savalan zirvəsindəki göl tamamilə donub
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı