SON XƏBƏRLƏR

“Traxtur” Asiya Çempionlar Liqasında hansı komandalarla qarşılaşacaq?

2021.10.20, 07:36
“Traxtur” Asiya Çempionlar Liqasında hansı komandalarla qarşılaşacaq?

Gunaz.tv

GünAz TV: Ötən günlərdə Asiya Çempionlar Liqasının 2018-ci il mövsümünün püşkü atıldıqdan sonra Güney Azərbaycanın “Traxtur” komandasının Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı təmsilçiləri ilə eyni qrupa düşdüyü məlum olmuşdur.

 

Son məlumata görə, “Traxtur”un qrupdakı digər rəqibi Özbəkistanın “Paxtakor” və Qətərin “Əl-Qərafə” komandaları qarşılaşdıqdan sonra müəyyənləşəcək.

 

Turnirdə İranı təmsil edəcək “Traxtur” klubu birbaşa qrup mərhələsindən mübarizəyə qoşulacaq. “Traxtur” A qrupunda BƏƏ-nin “Əl-Cəzirə” və Səudiyyə Ərəbistanının “Əl-Əhli” klublarıyla birgə mübarizə aparacaq. Bu qrupda daha bir komanda da yer alacaq. O komanda Özbəkistanın “Paxtakor” və Qətərin “Əl-Qərafə” komandalarının görüşünün qalibi olacaq.

 

Asiya qitəsinin ən nüfuzlu klub turnirinin növbəti mövsümü yanvarın 16-da start götürəcək. Turnirə noyabrın 10-da yekun vurulacaq. Qrup mərhələsinə isə fevralda start veriləcək.

 

Xatırladaq ki, Asiya Çempionlar Liqasının son qalibi Yaponiyanın “Urava Red Daymonds” klubu olub.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar