G7: İran heç vaxt nüvə silahına sahib olmamalıdır
Rusiya: ABŞ-la İran arasında hərbi qarşıdurma yenidən başlaya bilər
FTB SEPAH üzvünü “ən çox axtarılan terrorçular” siyahısına daxil edib
Ukrayna üzrə sülh danışıqları Əbu-Dabidə başa çatdı; Trampın nümayəndələri Moskvaya gedir
QMİ: İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir
Möhsün Rzayi: ABŞ-ın Avropadakı hərbi bazalarını hədəfə alacağıq
İranda insanlar borclarını ödəmək üçün orqanlarını satışa çıxarırlar
İtaliya, Şotlandiya və Şimali İrlandiyada yüzlərlə məktəb bomba təhdidlərinə görə boşaldılıb
İranda polis üç bəlucu güllələdi
Ankara Ermənistanla sərhədin yalnız Bakı ilə sülhdən sonra açılacağını bildirdi
İranda daha iki qadın öldürüldü
ABŞ Ədliyyə Nazirliyi: Üç İran ünsürü Farford bazasında terror planında ittiham olundular
Tokayev ərəbcə sözlərdən imtinaya çağırdı
İran ayda bu qədər raket istehsal edir- "Bloomberg"
İrandan Azərbaycana 34 kq narkotikin keçirilməsinin qarşısı alınıb
“Ynet”: İsrail İranla fərqli müharibəyə hazırlaşır
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
Marağada iki iaşə obyekti bağlandı
Netanyahu ilə Tramp arasında gərgin telefon danışığı baş tutdu
İran AEBA-ya nüvə obyektlərini yoxlamağa icazə vermədi
İranla bağlı məxfi məlumatı paylaşanı 20 milyon dollar mükafat gözləyir
İranda daha üç məhbus edam edildi
Rubio: Tramp müharibə və ya razılaşma əvəzinə İran rejimini boğmaq yolunu seçib – “Axios”
Pompeo: Respublikaçılar İranla müharibəyə görə seçkilərdə səs itirdilər, lakin ABŞ mübarizəni davam etdirməlidir
İran Argentina ordusunu terror təşkilatı elan etdi
Sistan və Bəlucistanda mina partladı- Ölən var
Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib- Qalibaf
Məsud Pezeşkian Türkiyəyə səfər edib
Keçmiş hakimdən qalmaqallı açıqlama: Məndən Traktorun əleyhinə fit çalmağımı istədilər (VİDEO)
ABŞ: İran danışıqlarda qeyri-real şərtlər irəli sürür
İraq İran milli futbol komandasının təyyarəsinin enişinə icazə vermədi
Heqset: ABŞ İranın nüvə obyektlərini yaxından izləyir və yenidən zərbə endirməyə hazırdır
Binabda məhəllələrin Azərbaycan türkcəsindəki qədim adları lövhələrdə
İran polisi etnik bəlucu güllələyib
İranda daha beş etirazçı edama məhkum edildi
Mustafa Kamal Atatürkün anım günüdür
İran zənginləşdirməni birdəfəlik dayandırmalıdır!- Vadeful
İran həbsxanalarında aclıq aksiyası keçirilir
İsrail: İran Yaxın Şərqdən kənar ölkələr üçün də təhlükə olaraq qalır
Tam müharibə vəziyyətindəyik- Mühacirani
İrəvanda Azərbaycanın qədim tarixi abidəsi olan Göy Məscidin iclas zalına erməni şairin adı verildi
Təbriz restoranlarında canlı musiqiyə məhdudiyyətlər tətbiq edildi
Tramp: ABŞ istənilən vaxt İrana yenidən zərbə endirməyə hazırdır
GünAz TV: Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə İranda son günlərdə baş verən hadisələrdən danışıb.
Düşünürəm ki, İranda baş verənlər əsasən son illər ərzində bu ölkənin iqtisadiyyatında geriləmənin doğurduğu sosial problemlərlə bağlıdır. Son illər ərzində İranda Ümumi Daxili Məhsulun (ÜDM) həcmi təqribən iki dəfəyədək azalıb. 700 milyard Amerika Birləşmiş Ştatları (ABŞ) dollarından 380 milyard dollara düşüb. Bu da sözsüz ki, insanların gəlirlərinin azalmasına, sosial vəziyyətin ağırlaşmasına səbəb olub. Baş verən etirazların əsas səbəbləri bundan ibarətdir.
Bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
BAXCP sədri qeyd edib ki, korrupsiya (fəsad-i mali), insan haqları və qanunun aliliyi kimi problemlər də aksiyaların digər səbəbləridir: “İran prezidenti bəyan etdi ki, insanların etiraz etmək haqqı var, amma sözsüz ki ,bu etiraz dinc xarakterli olmalıdır. Hesab edirəm ki, bu, baş verənlərin müsbət tərəfidir. Etirazlar zamanı çoxsaylı insan tələfatının olması, aksiyaların zorakılıqla müşayiət olunması isə təəssüf doğurur. Əlbətdə, bu zorakılıqların arxasında dayanan qüvvələrin kimliyi ciddi və obyektiv şəkildə araşdırılmalıdır. Zorakılıqların aksiya iştirakçıları tərəfindən törədildiyi, yaxud bu aksiyaları gözdən salmaqla repressiyalar üçün bəhanə əldə etməyə çalışan dövlət strukturları və ya hakimiyyətdaxili qruplar tərəfindən təşkil edildiyi, yəni günahkarların kimliyi ortaya çıxarılmalıdır. Bununla yanaşı, hər bir halda düşünürəm ki, bu hadisələr İran hökumətini ciddi islahatlar aparmağa sövq etməlidir. Əgər bu islahatlar aparılmasa İranda daha kütləvi və ciddi siyasi nəticələr doğuracaq hadisələrin baş verməsi qaçılmaz olacaq”.
Qüdrət Həsənquliyev bildirib ki, bizi qonşumuzda baş verən hadisələr düşündürməlidir və düşündürür də: “Azərbaycan xalqı və dövləti maraqlıdır ki, qonşuları sivil dövlətlər olsunlar, rifah içərisində, problemsiz yaşasınlar. Bu ölkələrdə qanunun aliliyi, azadlıqlar təmin olunsun, demokratik ənənələr formalaşsın. Amma İranda baş verənlər Azərbaycan xalqı üçün ona görə xüsusi əhəmiyyət kəsb edir ki, bu ölkənin sərhədləri daxilində, öz tarixi ata-baba torpaqlarında bizim 30 milyondan artıq soydaşımız yaşayır. Onlar öz Vətənlərində - Cənubi Azərbaycanda yaşayırlar. Cənubi Azərbaycan da bu gün İran dövlətinin tərkibindədir. İranda aksiyaların baş verdiyi zaman kəsiyində, bayram günlərində mətbuatda müxtəlif yanaşmaların şahidi oldum. Bəziləri bildirirdilər ki, biz İranda baş verən hər hansı bir prosesə qarışmamalıyıq və ya biz ancaq müstəqillik hərəkatına qoşula, yaxud başlada bilərik. Bəziləri fikirləşir ki, bu etirazların Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza heç bir aidiyyatı yoxdur, onlar sadəcə bu prosesləri kənardan müşahidə etməlidirlər və s. Belə yanaşmaların kökündən yanlış olduğunu düşünürəm. Mənim üçün siyasət mövcud reallıqlar nəzərə alınmaqla onun dəyişdirilməsi uğrunda mübarizədir. Eyni zamanda siyasət mümkün olanı əldə etmək bacarığıdır. Bu baxımdan, İrandakı azərbaycanlılar mövcud reallıqlar çərçivəsində nəyi əldə edə bilərlərsə onun uğrunda mübarizə apramalıdırlar. Onlar da bu gün İran vətəndaşları kimi çalışmalıdırlar ki, ölkədə demokratiya olsun, qanunun aliliyi təmin edilsin, bəşəri, dünyəvi dəyərlər bərqarar olsun. Belə olacaqları təqdirdə insanlar milli, təbii hüquqlardan istifadə edəcəklər, yəni öz ana dillərində təhsil almaq, oxumaq, yazmaq, milli mədəniyyətlərini inkişaf etdirmək hüquqları qazanacaqlar. Bunun ardınca isə artıq siyasi hüquqların əldə edilməsi gəlir.
Bir qrup insanlar düşünür ki, Güney Azərbaycanda yaşayan soydaşlarımız yalnız siyasi müstəqillik uğrunda mübarizə aparmalıdırlar. Belə yanaşmaları ziyanlı hesab edirəm. Bəziləri isə bildirirlər ki, azərbaycanlılar yalnız İranın tərkibində öz hüquqlarının təmin olunması uğrunda mübarizə ilə kifayətlənməlidirlər. Hesab edirəm ki, Cənubi Azərbaycanlılar daha çox demokratik prosesin inkişafına dəstək verməlidirlər. Bu prosesin gedişində nəyi əldə etmək mümkündürsə onu da reallığa çevirsinlər. Yəni İran konstitusiyasına uyğun olaraq azərbaycanlıların öz dillərində məktəblər, universitetlər açmaları, öz mədəniyyətlərini, müsuqilərini inkişaf etdirmələri mümkün olacaqsa, deməli bunu əldə etmək lazımdır. Əgər növbəti mərhələdə bundan da irəli getmək, bir toplum olaraq müəyyən siyasi instisuonal hüquqların əldə edilməsi imkanları olacaqsa, məsələn Cənubi Azərbaycanda azərbaycanlıların muxtar dövlətinin qurulması , o zaman buna nail olmaq lazımdır”.
BAXCP sədri bildirtib ki, sosial inkişaf səviyyəsinə görə İranda farslar daha üstün mövqedədirlər: “Biz bunu utanmadan və çəkinmədən söyləməliyik. Düşünürəm ki, Cənubi Azərbaycanlılar demokratik azadlıqlara , vərdişlərə, ənənələrə farslarla birlikdə yiyələnməlidirlər. Belə vərdişlər və ənənələr olmadan əldə olunan böyük nailiyyətlər bəzən o xalqlara xoşbəxtlik də gətirmir. Məsələn, hansısa radikal səylər, parçalanmalar sayəsində yaran yeni dövlətlərdəki siyasi rejim hətta farsların formalaşdırdığı mövcud rejimdən daha amansız və sərt olacaqsa, mən heç bir azərbaycanlıya bunu arzulamıram. Bizim kənardan məsləhət verməyimiz də doğru deyil, amma mənim qənaətimə görə azərbaycanlılar öz hüquqları uğrunda mübarizə aparmalıdırlar, siyasi baxımdan təşkilatlanmalıdırlar. Hər bir imkandan çalışmalıdırlar ki, faydalansınlar. Yoxsa oturub gözləyəcəyəm ki, nə zaman əlverişli beynəlxalq şərait yaranacaq, yaxud İranın daxilində proseslər o istiqamətdə inkişaf edəcək ki, ayağa qalxıb öz müstəqil dövlətimi quracağam – məsələyə bundan cəfəng və səviyyəsiz yanaşma təsəvvür edə bilmirəm. Ona görə də hesab edirəm ki, azərbaycanlılar dinc mübarizə metodlarına üstünlük verməlidirlər, zorakılıqdan yayınmalıdırlar. Məsələn, Təbrizdə, yaxud hər hansı başqa bir şəhərdə aksiya keçirilərsə və bu aksiya zamanı dövlət obyektləri, yaxud hər hansı bir iş adamının müəssisəsi, əmlakı yandırılırsa, bu topluma, xalqa, ölkəyə nə verə bilər? Bu, iqtisadiyyata ziyan vuracaq və insanların sosial vəziyyətini bir az da ağırlaşdırmış olacaq. Bu baxımdan da hesab edirəm ki, azərbaycanlılar yüksək mədəniyyətlə, dinc yolla digər xalqlarla birlikdə öz hüquqları uğrunda mübarizə aparmalıdırlar. Biz Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası olaraq, inqilabları Azərbaycan üçün rəva bilmiriksə, başqaları üçün də, o cümlədən xalqımızın digər hissəsi üçün də rəva bilməməliyik. Çalışmalıyıq ki, hər şey təkamül yolu ilə inkişaf eləsin. Hakimiyyətə təzyiq və hakimiyyətdən tələb yolu ilə oradakı azadlıqlar genişləndirilsin və nəhayət azərbaycanlılar da sonda öz milli hüquqlarını əldə edə bilsinlər.
Gələcəkdə iki sivil və uzun müddət birgə yaşamış xalqlar kimi azərbaycanlılar və farslar çexlər və slovaklar kimi mədəni formada ayrıla da, yaxud konfederativ dövlət də qura bilərlər, bir federasiya tərkibində də ola bilərlər. Məsələn,yaxın gələcəkdə Azərbaycan türkcəsi İranda dövlət dillərindən biri olmalıdır. Farslar azərbaycalıların milli kimliyinə və dilinə hörmətlə yanaşmalıdırlar. Sayca onlardan az olmayan xalqla fərqli davranış birgəyaşayışı mümkünsüz edəcəkdir. İranda azərbaycanlılar və farslarla yanaşı başqa xalqlar da yaşayır. Gələcəkdə bu xalqlar konfederativ, yaxud federativ əsasda birliklərini qoruyub saxlayacaqlar və ya öz dövlətlərini quracaqlar. Bu artıq gələcəyin və həmin xalqların işidir. Bir partiya olaraq biz İranın ərazi bütövlüyünü tanıyırıq. Amma ona da inanırıq ki,bütün parçalanmış xalqlar kimi azərbaycanlıların da birləşmək haqqı var. Çalışmalıyıq ki, bu hüququmuzu dünya birliyi və farslar da tanısın. Son olaraq, bir məqamı da xüsusi qeyd etmək istəyirəm: Dünya qloballaşır, İran bir çox beynəlxalq sənədlərə imza atıb və beynəlxalq hüququn subyekti kimi insan haqları ilə bağlı üzərinə öhdəliklər götürüb. Buna görə də insan haqları və azadlıqları artıq heç bir dövlətin daxili işi deyil. Bu səbəbdən, biz də cənubi azərbaycanlıların hüquqlarının qorunması üçün əlimizdən gələni eləməliyik. Çalışmalıyıq ki, onları repressiyalardan qoruyaq, səslərini dünyaya çatdıraq. Amma yenə də bildirirəm ki, son sözü orada yaşayan azərbaycanlılar deməlidir”. baymedia.az
N.S
İranda polis üç bəlucu güllələdi
ABŞ Ədliyyə Nazirliyi: Üç İran ünsürü Farford bazasında terror planında ittiham olundular
İrandan Azərbaycana 34 kq narkotikin keçirilməsinin qarşısı alınıb
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
İran Argentina ordusunu terror təşkilatı elan etdi
Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib- Qalibaf
Məsud Pezeşkian Türkiyəyə səfər edib
İran polisi etnik bəlucu güllələyib
Mustafa Kamal Atatürkün anım günüdür
İran həbsxanalarında aclıq aksiyası keçirilir
Tam müharibə vəziyyətindəyik- Mühacirani
Təbriz restoranlarında canlı musiqiyə məhdudiyyətlər tətbiq edildi
Binabda iş qəzası - Ölən var
Təqaüdçülər Həmədan və Zəncanda etiraz aksiyası keçirdilər
ABŞ İranla bağlı surpriz qərar verə bilər - Media
“Gələn həftə Si Cinpin və Putinlə görüşə bilərəm”
İranda daha dörd iaşə obyekti bağlandı
Daha bir etirazçı həbs və edam cəzasına məhkum edildi
İranın infrastrukturunu məhv etmək niyyətində deyilik- Tramp
Prezident İlham Əliyev Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Ərəb ölkələri Məkkə və Mədinəyə hücumları pisləyib
NYT: İsrail ABŞ-ni İranın potensial kimyəvi silah istifadəsi ilə bağlı xəbərdar edib
Qoşaçayda şagirdlər zəhərləndi
İranın Ermənistandakı səfirliyi İrəvanın Göy məscidi haqqında videomaterial yayımlayıb.
Tramp İrana qarşı yeni zərbələr və danışıqlar arasında seçim etməyə çalışır – Axios
Türkiyə Müdafiə Nazirliyi: İran ərazisindən açılan atəş nəticəsində türk əsgəri həlak olub
Tehranda binaların üstündə zenit toplar quraşdırılıb
ABŞ İrana görə daha iki şəxs və bir quruma sanksiya tətbiq etdi
Bu şəhərlər Təbrizə birləşdirilsin- Huşyar
Məkkə bölgəsində pilotsuz uçuş aparatı ələ keçirilib və məhv edilib; müsəlmanların qibləsi yenidən təhlükə ilə üz-üzədir
Qeşm adasında dörd güclü partlayış qeydə alınıb
İran kəşfiyyatının Azərbaycan hava limanlarının peyk görüntülərini əldə etdiyi bildirilir
Qaçqıların deportasiyası üçün ABŞ İranla gizli danışıq aparıb- Associated Press
İranda məhbuslar yenidən aclıq aksiyası keçiriblər
Səudiyyə Ərəbistanı və Suriya Hörmüz boğazında gəmiçiliyə qarşı təhdidlərin dayandırılmasına çağırıb – SPA
ABŞ İrana görə Kanada şirkətlərinə sanksiya tətbiq etdi
Üç şəhərdə daha yeddi məhbus edam edildi
Netaniyahuya görə həbs edilən təbrizli sərbət buraxılıb