SON XƏBƏRLƏR

Tanınmış azərbaycanlı xəttat saxlanılıb – Xoy şəhərində

2021.10.20, 07:36
Tanınmış azərbaycanlı xəttat saxlanılıb – Xoy şəhərində

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Xoy şəhərində yüksək səviyyəli peşəkar xəttat Abbas Köçəri saxlanılıb.

 

Təhlükəsizlik qüvvələri yanvarın 1-də tanınmış xəttatın evinə müraciət edərək evdə axtarış apardıqdan sonra onu saxlayıblar.

 

Naməlum istiqamətə aparılan xəttatın hansı səbəbdən saxlandığı barədə hələlik heç bir məlumat yoxdur.

 

A.Köçəri 1971-ci ildə Xoy şəhərində dünyaya göz açıb. O 1997-ci ildə İran Xəttatlar Əncümənindən  fərqlənmə diplomu ilə məzun olub. Xəttatın öz ixtisası üzrə 2000 mindən çox yetirməsi var.

 

Təbriz, Urmiyə və Xoy şəhərlərində bir neçə şəxsi sərgilər keçirən azərbaycanlı tanınmış xəttat, onlarla ümumi sərgidə də aktiv şəkildə iştirak edib.

 

A.Köçərinin türk dilində “Elimin sözləri” və “Şəms Təbriz İşarələri” adlı iki albomu 2013-cü ildə işıq üzü görüb.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar