SON XƏBƏRLƏR

İranda daha 1 nəfər dara çəkilib

2021.10.20, 07:36
İranda daha 1 nəfər dara çəkilib

Gunaz.tv

GünAzTV: İranın Şiraz şəhərində naməlum ittihama görə daha 1 nəfər dar ağacından asılıb.

 

 İranlı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, soyadı mediaya açıqlanmayan Hüseyn adlı məhbus, yanvarın 21-i sübh saatlarında Şirazın Adilabad zindanında dara çəkilib. Edam edilən şəxsin ittihamı barədə hər hansı bir məlumat yayılmayıb.

 

                                                                  Şirazın Adilabad zindanı

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına görə ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar