G7: İran heç vaxt nüvə silahına sahib olmamalıdır
Rusiya: ABŞ-la İran arasında hərbi qarşıdurma yenidən başlaya bilər
FTB SEPAH üzvünü “ən çox axtarılan terrorçular” siyahısına daxil edib
Ukrayna üzrə sülh danışıqları Əbu-Dabidə başa çatdı; Trampın nümayəndələri Moskvaya gedir
QMİ: İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir
Möhsün Rzayi: ABŞ-ın Avropadakı hərbi bazalarını hədəfə alacağıq
İranda insanlar borclarını ödəmək üçün orqanlarını satışa çıxarırlar
İtaliya, Şotlandiya və Şimali İrlandiyada yüzlərlə məktəb bomba təhdidlərinə görə boşaldılıb
İranda polis üç bəlucu güllələdi
Ankara Ermənistanla sərhədin yalnız Bakı ilə sülhdən sonra açılacağını bildirdi
İranda daha iki qadın öldürüldü
ABŞ Ədliyyə Nazirliyi: Üç İran ünsürü Farford bazasında terror planında ittiham olundular
Tokayev ərəbcə sözlərdən imtinaya çağırdı
İran ayda bu qədər raket istehsal edir- "Bloomberg"
İrandan Azərbaycana 34 kq narkotikin keçirilməsinin qarşısı alınıb
“Ynet”: İsrail İranla fərqli müharibəyə hazırlaşır
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
Marağada iki iaşə obyekti bağlandı
Netanyahu ilə Tramp arasında gərgin telefon danışığı baş tutdu
İran AEBA-ya nüvə obyektlərini yoxlamağa icazə vermədi
İranla bağlı məxfi məlumatı paylaşanı 20 milyon dollar mükafat gözləyir
İranda daha üç məhbus edam edildi
Rubio: Tramp müharibə və ya razılaşma əvəzinə İran rejimini boğmaq yolunu seçib – “Axios”
Pompeo: Respublikaçılar İranla müharibəyə görə seçkilərdə səs itirdilər, lakin ABŞ mübarizəni davam etdirməlidir
İran Argentina ordusunu terror təşkilatı elan etdi
Sistan və Bəlucistanda mina partladı- Ölən var
Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib- Qalibaf
Məsud Pezeşkian Türkiyəyə səfər edib
Keçmiş hakimdən qalmaqallı açıqlama: Məndən Traktorun əleyhinə fit çalmağımı istədilər (VİDEO)
ABŞ: İran danışıqlarda qeyri-real şərtlər irəli sürür
İraq İran milli futbol komandasının təyyarəsinin enişinə icazə vermədi
Heqset: ABŞ İranın nüvə obyektlərini yaxından izləyir və yenidən zərbə endirməyə hazırdır
Binabda məhəllələrin Azərbaycan türkcəsindəki qədim adları lövhələrdə
İran polisi etnik bəlucu güllələyib
İranda daha beş etirazçı edama məhkum edildi
Mustafa Kamal Atatürkün anım günüdür
İran zənginləşdirməni birdəfəlik dayandırmalıdır!- Vadeful
İran həbsxanalarında aclıq aksiyası keçirilir
İsrail: İran Yaxın Şərqdən kənar ölkələr üçün də təhlükə olaraq qalır
Tam müharibə vəziyyətindəyik- Mühacirani
İrəvanda Azərbaycanın qədim tarixi abidəsi olan Göy Məscidin iclas zalına erməni şairin adı verildi
Təbriz restoranlarında canlı musiqiyə məhdudiyyətlər tətbiq edildi
Tramp: ABŞ istənilən vaxt İrana yenidən zərbə endirməyə hazırdır
GünAz TV: Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən "Zeytun Budağı” əməliyyatı ölkə ictimaiyyəti, eləcə də bölgədə sülh və sabitlik tərəfdarı olan xarici qüvvələr tərəfindən ciddi şəkildə dəstəklənməkdədir.
Qeyd etmək lazımdır ki, Azərbaycanda bu əməliyyata rəsmi şəkildə göstərilən dəstək və ictimaiyyətin rəyi də Türkiyədə böyük rəğbətlə qarşılanıb. Yerli kütləvi informasiya vasitələri (KİV), o cümlədən Türkiyənın aparıcı televiziya kanalları Azərbaycan Xarici İşlər Nazirliyinin "Zeytun Budağı” əməliyyatı barədə açıqlamasına dair informasiyanı geniş şəkildə yayıb. Yerli media Azərbaycanın bu dəstəyini qardaşlıq münasibətinin təzahürü kimi təqdim edib.
Rəsmi məlumata görə, "Zeytun Budağı” əməliyyatı Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarını zərərsizləşdirmək məqsədi ilə həyata keçirilir. Bu bölgədəki terrorçu qruplaşmalar təkcə Türkiyə üçün yox, Suriyanın yerli əhalisi, eləcə də regionun digər ölkələri üçün də ciddi təhlükə mənbəyidir. Çoxsaylı faktlar əsasında deyə bilərik ki, xüsusilə PYD-YPG və İŞİD terror qruplaşmaları qadınları və azyaşlıları müxtəlif vasitələrlə, o cümlədən zor gücünə öz sıralarına qatmaqda davam edir. Bildirilir ki, İŞİD qüvvələrinin hazırda ən sıx yerləşdiyi məntəqə Afrin bölgəsidir.
Ən son məlumatlara görə, Türkiyə Hərbi Hava Qüvvələri və artilleriyası terrorçu qrupların düşərgə, anbar və döyüş nöqtələrinə dəqiq zərbələr endirib. Nəticəsində antiterror əməliyyatının ilk iki günündə PYD-YPG-yə məxsus 108 hədəf məhv edilib. Terrorçu hədəflərinin vurulmasına iştirak edən 72 qırıcı aerodromlara qayıdıb və bu prosesdə yerli mülki əhali arasında tələfat olmayıb.
Qeyd edək ki, yanvarın 21-də axşam saatları Türkiyənin Kilis şəhərinin mərkəzinə Suriya istiqamətindən qısa fasilələrlə dörd raket atılıb, bir neçə bina zədələnib. Raketlərdən üçü iki evə və bir iş yerinə, digəri isə boş əraziyə düşüb. Hadisə nəticəsində bir nəfər yüngül yaralanıb. Binalarda meydana gələn kiçikmiqyaslı yanğınlar söndürülüb. Ərazidə bir sıra təhlükəsizlik tədbirləri görülüb. Kilis vilayətinin bir sıra sərhədyanı kəndləri 15 gün müddətində xüsusi təhlükəsizlik zonası elan olunub. Bölgə sakinlərindən başqa, digər şəxslərin əraziyə girişinə qadağa qoyulub. Elə həmin gün günorta saatlarında isə Suriya ərazisindən Türkiyənin Hatay rayonunun Reyhanlı qəsəbəsinə 3 raket atılıb. Nəticədə 4-ü ağır olmaqla 46 vətəndaş yaralanıb. Təkcə bu iki fakt deməyə əsas verir ki, əgər Türkiyənin dövlət sərhədi qonşuluğunda terrorçu qrupların möhkəmlənməsinə imkan versə, bu, yaxın gələcəkdə böyük fəsadlara yola aça bilər.
Digər mühüm məqam ondan ibarətdir ki, ölkə ictimaiyyətində və əməliyyatlara qatılan hərbi kontingentdə böyük ruh yüksəkliyi var. Əhali quru qoşunların hərəkət etdiyi bölgələrdə küçələrə çıxaraq hərbiçiləri alqışlarla yola salıb. Bunun başlıca səbəbi Türkiyənin təxminən yarım əsrə yaxın bir zaman kəsiyində terrordan böyük əziyyət çəkməsidir. Ümumiyyətlə, Türkiyə terror səbəbindən ən çox insan itkisinə məruz qalan və maddi zərər çəkən ölkədir.
Türkiyə tərəfi antiterror əməliyyatı aparılan bölgədə mülki əhaliyə dəyə biləcək hər hansı xoşagəlməz hadisənin qarşısını almaq üçün də ciddi tədbirlər görməkdədir. Əməliyyatların başladığı bir vaxtda Türkiyə Qızıl Ay Cəmiyyəti Suriya ilə sərhəd bölgələrdə düşərgələr salıb.
Bundan başqa, maddi baxımdan zəngin olan, eləcə də ictimaiyyətə təsir etmək gücünə malik dərnəklər və fondlar Türkiyə Silahlı Qüvvələrinə hər cür yardıma hazır olduqları barədə bəyanatla çıxış etməkdədirlər. Ölkənin əsas müxalifət partiyalarından olan Millətçi Hərəkat Partiyası (MHP) da bu əməliyyatlarda Türkiyə hökumətinə tam şəkildə dəstək verib. Rəcəb Tayyib Ərdoğan bu məsələ ilə bağlı MHP sədri Dövlət Baxçalı ilə görüşüb və müzakirələr aparıb. Prezident Rəcəb Tayyib Ərdoğan yanvarın 21-də Bursada yerli sakinlərlə keçirdiyi görüşdə əminliklə deyib ki, bu əməliyyat çox qısa müddətdə tamamlanacaq.
Türkiyə tərəfi yaranmış vəziyyətlə bağlı region ölkələri ilə bərabər, bölgədə maraqları olan tərəflərlə də müzakirələri davam etdirir. Xarici işlər naziri Mövlud Çavuşoğlu və İraqın xarici işlər naziri İbrahim əl-Cəəfəri Bağdadda birgə mətbuat konfransı keçiriblər. Nazirlər regional proseslər və iki ölkə arasındakı münasibətlərə dair fikir və mülahizələrini bölüşüblər.
Bundan başqa, əməliyyat barədə Suriya hökumətinə yazılı şəkildə məlumat verilib. (AZƏRTAC)
N.S
İranda polis üç bəlucu güllələdi
ABŞ Ədliyyə Nazirliyi: Üç İran ünsürü Farford bazasında terror planında ittiham olundular
İrandan Azərbaycana 34 kq narkotikin keçirilməsinin qarşısı alınıb
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
İran Argentina ordusunu terror təşkilatı elan etdi
Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib- Qalibaf
Məsud Pezeşkian Türkiyəyə səfər edib
İran polisi etnik bəlucu güllələyib
Mustafa Kamal Atatürkün anım günüdür
İran həbsxanalarında aclıq aksiyası keçirilir
Tam müharibə vəziyyətindəyik- Mühacirani
Təbriz restoranlarında canlı musiqiyə məhdudiyyətlər tətbiq edildi
Binabda iş qəzası - Ölən var
Təqaüdçülər Həmədan və Zəncanda etiraz aksiyası keçirdilər
ABŞ İranla bağlı surpriz qərar verə bilər - Media
“Gələn həftə Si Cinpin və Putinlə görüşə bilərəm”
İranda daha dörd iaşə obyekti bağlandı
Daha bir etirazçı həbs və edam cəzasına məhkum edildi
İranın infrastrukturunu məhv etmək niyyətində deyilik- Tramp
Prezident İlham Əliyev Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Ərəb ölkələri Məkkə və Mədinəyə hücumları pisləyib
NYT: İsrail ABŞ-ni İranın potensial kimyəvi silah istifadəsi ilə bağlı xəbərdar edib
Qoşaçayda şagirdlər zəhərləndi
İranın Ermənistandakı səfirliyi İrəvanın Göy məscidi haqqında videomaterial yayımlayıb.
Tramp İrana qarşı yeni zərbələr və danışıqlar arasında seçim etməyə çalışır – Axios
Türkiyə Müdafiə Nazirliyi: İran ərazisindən açılan atəş nəticəsində türk əsgəri həlak olub
Tehranda binaların üstündə zenit toplar quraşdırılıb
ABŞ İrana görə daha iki şəxs və bir quruma sanksiya tətbiq etdi
Bu şəhərlər Təbrizə birləşdirilsin- Huşyar
Məkkə bölgəsində pilotsuz uçuş aparatı ələ keçirilib və məhv edilib; müsəlmanların qibləsi yenidən təhlükə ilə üz-üzədir
Qeşm adasında dörd güclü partlayış qeydə alınıb
İran kəşfiyyatının Azərbaycan hava limanlarının peyk görüntülərini əldə etdiyi bildirilir
Qaçqıların deportasiyası üçün ABŞ İranla gizli danışıq aparıb- Associated Press
İranda məhbuslar yenidən aclıq aksiyası keçiriblər
Səudiyyə Ərəbistanı və Suriya Hörmüz boğazında gəmiçiliyə qarşı təhdidlərin dayandırılmasına çağırıb – SPA
ABŞ İrana görə Kanada şirkətlərinə sanksiya tətbiq etdi
Üç şəhərdə daha yeddi məhbus edam edildi
Netaniyahuya görə həbs edilən təbrizli sərbət buraxılıb