SON XƏBƏRLƏR

Urmiyədə azərbaycanlı milli-mədəni fəal saxlanılıb

2021.10.20, 07:36
Urmiyədə azərbaycanlı milli-mədəni fəal saxlanılıb

Gunaz.tv

GünAz TV: Urmiyə sakini, azərbaycanlı milli-mədəni fəal Soheyl Dəiri təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq naməlum istiqamətə aparılıb.

 

Hələlik onun harada saxlandığı barədə heç bir məlumat yoxdur.

 

Azərbaycanlı fəalın Ettelaat (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları tərəfindən yaxalandığı və bu idarənin təcridxanasında saxlandığı ehtimal olunur.

 

S.Dəirinin nədə ittiham olunduğu dəqiq olaraq məlum olmasa da, bəzi mənbələr onun Azərbaycanın demoktarik və mədəni hüquqları uğrunda apardığı fəaliyyətlərə görə saxlandığını düşünür.

 

Bu haqda yeni məlumat əldə olununca diqqətinizə çatdılrılacaq.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar