SON XƏBƏRLƏR

Bəhreyn-Səudiyyə Ərəbistanı neft boru kəmərini partladan İrana bağlı terrorçular yaxalanıb

2021.10.20, 07:36
Bəhreyn-Səudiyyə Ərəbistanı neft boru kəmərini partladan İrana bağlı terrorçular yaxalanıb

Gunaz.tv

GünAzTV: Bəhreyn-Səudiyyə Ərəbistanı neft boru kəmərini partladan İrana bağlı 4 terrorçu yaxalanıb. Bu barədə Bəhreyn Daxili İşlər Nazirliyi fevralın 7-də bəyanat yayıb. 

 

Bəyanatda bildirilir ki, yaxalanan terrorçular (Fazil Məhəmməd Cəfər Əli, Ənvər Əbdüləziz Musa Cəfər Əl-Məşimə, Məhəmməd Abdulla İsa Abdulla Məhrus və Adil Əhməd Əli Əhməd Saleh) dindirilərkən, deyiblər ki, onlar Bəhreyn və Səudiyyə Ərəbistanında təxribat törətmək və iki ölkə arasında çəkilmiş neft boru kəmərlərini partlatmaq üçün “Sepah” və İran xüsusi xidmət orqanları tərəfindən təlimatlandırılmışdılar.

 

Nazirliyin bəyanatında bildirilir ki, həbs edilənlərrdan 2-si, bir neçə vaxt əvvəl Bəhreyndən İrana qaçmış terrorçularla yaxın əlaqədə olaraq, “Sepah” qərargahlarında hərbi təlimlər keçərək, müxtəlif silah və bombalardan necə istifadə etməyi və cürbəcür kustar (əldəqayırma) bombaların hazırlanması üsulları ilə tanış olublar: “Yaxalanan terrorçuların əsas məqsədi, Bəhreyn və onun vətəndaşlarının milli mənafeyinə qarşı çıxmaq və ona zərbə vurmaq olub. Bəhreynin dövlət və özəl qurumlarında çalışan terrorçular vaxtında həbs ediliblər və bununla da ölkədə böyük bir faciənin baş verməsinin qarşısı alınıb”.

 

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar