SON XƏBƏRLƏR

“Traxtur” Omanda “Ələhli”yə uduzdu

2021.10.20, 07:36
“Traxtur” Omanda “Ələhli”yə uduzdu

Gunaz.tv

GünAz TV: Təbrizin “Traxtur” futbol komandası Asiya Çempionlar Liqası çərçivəsində keçirilən A qrupunun birinci görüşündə Səudiyyə Ərəbistanının “Ələhli” komandasını Omanın paytaxtı Məsqət şəhərində qəbul edib.

 

Fevralın 12-i saat 19:00-da Əlsib stadionunda keçirilən görüşün ev sahibi “Traxtur” sayılır.

 

Oyunun birinci hissəsində heç bir komanda tərəfindən qol vurulmasa da, 68-ci dəqiqədə “Ələhli”nin oyunçusu Məhənd Əhməd bir qol vuraraq hesabı açıb. Bundan sonra rəqib komandaların bütün cəhdlərinə baxmayaraq hesab oyunun sonunadək dəyişməyib. Bununla da oyun 0:1 hesabı ilə “Ələhli”nin xeyirinə yekunlaşıb.

 

Bu görüş Ərtoğrul Sağlam “Traxtur”u çalışdırdıqdan sonra komanda üçün birinci məğlubiyyət sayılır. Bundan öncə “Traxtur” Ə.Sağlamın baş məşqçiliyində keçirilən 3 oyunda məğlub olmamışdır.

 

“Traxtur”-“Ələhli” görüşü İranla Səudiyyə Ərəbistanı arasında olan siyasi gərginlikdən dolayı üçüncü ölkədə keçirilib.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar