SON XƏBƏRLƏR

“Traxtur”un görüşündə milli şüarlar səsləndirilib – Buşehrdə / VİDEO – GÖRÜNTÜ

2021.10.20, 07:36
“Traxtur”un görüşündə milli şüarlar səsləndirilib – Buşehrdə / VİDEO – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Təbrizin “Traxtur” futbol komandası ilə Buşehrin “Pars Cənubi Cəm” takımının görüşü zamanı  milli şüarlar səsləndirilib.

 

Super liqa yarışlarının 24-cü həftəsində keçirilən görüş 1:1 bərabər hesabla başa çatıb. Oyun fevralın 24-də Buşehrin Təxti stadionunda baş tutub.

 

Görüş zamanı stadionda təxminən 3 min nəfər izləyici qismində iştirak edib.

 

Stadionda Qaşqay türkləri, Azərbaycan türkləri ilə çiyin-çiyinə mübarizə apardıqlarını bir daha sübut ediblər. Soydaşlarımız oyunun 15-ci dəqiqəsində “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” şüarı ilə stadionu lərzəyə gətirib, bir daha ana dilində təhsil və konstitusiyanın 15-ci maddəsinin icrasını tələb ediblər.

 

https://www.youtube.com/watch?time_continue=4&v=N38xK-GM77I

 

https://www.youtube.com/watch?time_continue=8&v=FbcZc62ORuQ

 

“Traxtur” tərəfdarları həmçinin doğma vətənə olan sevgilərini “Sən çağırsan gələrəm mən sən yaşa Azərbaycan – Eybi yoxdur ölərəm mən sən yaşa Azərbaycan...” məşhur marşı səsləndirməklə dilə gətiriblər.

 

https://www.youtube.com/watch?v=pjYYN43zJcY

 

Bu görüşdə də “Traxtur” tərəfdarlarına stadiona türkcə yazılmış bannerləri aparmağa icazə verilməyib. Buna baxmayaraq qaşqay türkləri bir neçə banner nümayiş etdirərək sevimli komandalarına dəstək veriblər.

 

“Traxtur”-“Pars Cənubi Cəm” oyunu:

https://www.youtube.com/watch?time_continue=15&v=iCPAzsREXYQ

 

 

 

 

 

 

 

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar