SON XƏBƏRLƏR

Hüseyn Əliməhəmmədi mülki vəsiqə qarşılığında azadlığa buraxılıb

2021.10.20, 07:36
Hüseyn Əliməhəmmədi mülki vəsiqə qarşılığında azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Hüseyn Əliməhəmmədi Təbrizin Mərkəzi Zindanından müvəqqəti azadlığa buraxılıb.

 

Fevralın 27-də təhlükəsizlik qüvvələri tərəfindən tutulan fəal bir neçə gün saxlandıqdan sonra 100 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

 

Hələlik onun hansı ittihamla saxlandığı barədə dəqiq məlumat yoxdur.

 

Milli-mədəni fəal bundan öncə 3 illik həbs cəzasını çəkdikdən sonra 2017-ci il avqustun 6-da Təbrizin Mərkəzi Zindanından azadlığa buraxılıb. O sistemin əleyhinə təbliğ və ölkə rəhbərini təhqir etməkdə ittiham olunub.

 

H.Əliməhəmmədi 2013-cü il noyabrın 4-də təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq təxminən 6 ay müvəqqəti saxlandıqdan sonra vəsiqə qarşılığında Təbrizin Mərkəzi Zindanından sərbəst buraxılmışdır.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar