SON XƏBƏRLƏR

Türk dünyasına böyük itki - Murad Acı vəfat etdi

2021.10.20, 07:36
Türk dünyasına böyük itki - Murad Acı vəfat etdi

Gunaz.tv

GünAz TV: Kumık əsilli yazıçı Murad Acı (Murad İsgəndəroviç Acıyev) vəfat edib.

 

Türkoloq, coğrafiyaşünas, publisist və yazıçı kimi tanınan Murad Acı 9 dekabr 1944-cü ildə Moskvada anadan olub. 1969-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin coğrafiya fakültəsini bitirib.

 

Murad Acı türklərin tarixindən, məişətindən bəhs edən bir neçə kitabın müəllifidir. Onun "Qıpçaq çölünün yovşanı" kitabında türk-qıpçaq Attilanın Altaydan Avropaya apardığı mədəniyyətin təşəkkülündən danışılır. Burada uzunluğu 8 aylıq at yolu olan əzəmətli Dəşti-Qıpçaq dövlətinin gizli saxlanan tarixinin səhifələri mühüm yer tutur. Avropa və rus tarixçilərinin bu tarixin üstünə çəkdikləri qara örtük açılır, saxtakarlıq damğaları pozulur. Qıpçaqların dini, adət-ənənələri aşkarlanır, obyektiv tarixi siması göstərilir.

 

N.S

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar