SON XƏBƏRLƏR

Məsud Pezeşkiyan: “Şərqi Azərbaycan əyalətinin məktəblərində türk dilinin tədris olunması üçün təhsil naziri ilə danışıqlar aparmışıq”

2021.10.20, 07:36
Məsud Pezeşkiyan: “Şərqi Azərbaycan əyalətinin məktəblərində türk dilinin tədris olunması üçün təhsil naziri ilə danışıqlar aparmışıq”

Gunaz.tv

GünAzTV: İran parlamentinin sədr müavini, “Türklərin Yaşadığı Bölgələr Fraksiyası”nın sədri Məsud Pezeşkiyan, martın 11-də jurnalistlərə açıqlamasında Şərqi Azərbaycan əyalətinin məktəblərində türk dilinin (Azərbaycan türkcəsi) tədris olunması istiqamətində apardığı işlərdən danışıb.

 

Təbrizli millət vəkili bildirib ki, o, məsələnin həlli üçün son vaxtlar İranın təhsil naziri ilə görüşərək müzakirələr aparıb: “Biz, əyalət (Şərqi Azərbaycan) məktəblərində türk dilinin tədrisinin gerçəkləşdirilməsi işi ilə məşğuluq. Bununla bağlı, təhsil naziri ilə görüşüb danışıqlar da aparmışıq ki, qanuna əsasən bizim əyalətin məktəblərində türk dili tədris olunsun”.

 

Pezeşkiyan, məktəblərdə türk dilinin tədrisinə şərait yaradılması ilə bağlı təhsil naziri ilə apardığı danışıqların təfərrüatını və nazirin buna münasibətini mediaya açıqlamayıb. Deputat, təhsil naziri ilə görüşündə, azərbaycanlıların yaşadığı digər bölgələrdə, o cümlədən də, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Qəzvin, Həmədan və digər əyalətlərin məktəblərində türk dilinin tədris olunması məsələsinə toxunulub-toxunulmadığına aydınlıq gətirməyib.

 

Qeyd edək ki, İranda azərbaycanlıların yaşadığı əyalətlərin məktəblərində türk dilinin tədrisi ilə bağlı vaxtaşırı vədlər verilsə də, bu günə qədər həmin vədlərin heç birinə əməl olunmayıb.

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar