SON XƏBƏRLƏR

Ərdəbildə bir qrup azərbaycanlı fəal yeni ilin gəlişini təbrik etmək üçün “Qocalar Evi”nə baş çəkib - FOTOLAR

2021.10.20, 07:36
Ərdəbildə bir qrup azərbaycanlı fəal yeni ilin gəlişini təbrik etmək üçün “Qocalar Evi”nə baş çəkib - FOTOLAR

Gunaz.tv

GünAzTV: Martın 14-ü sübh saatlarında Güney Azərbaycanın Ərdəbil şəhərində bir qrup azərbaycanlı fəal, Novruz bayramının gəlişi münasibətilə yeni ili təbrik etmək üçün “Qocalar Evi”ni ziyarət edib.

 

Milli-mədəni dinc fəallar, əziz qocalarımızı sevindirmək məqsədilə, ədəbi-musiqili proqramla onların görüşünə gediblər. Proqramda, Azərbaycan musiqisi və rəqslərinin icrası planlaşdırılsa da, “Qocalar Evi”nin fəaliyyətinə nəzarət edən Ərdəbilin Rifah (Behzisti) İdarəsinin təhlükəsizlik bölməsinin məsulları buna qarşı çıxıblar.

 

Lakin göstərilən bütün təzyiqlərə və qoyulan qadağalara baxmayaraq, azərbaycanlı fəallar, sonda  “Qocalar Evi”nə gedib planlaşdırdıqları proqramların əksər hissəsini həyata keçirə biliblər. Kimsəsiz qocalara şirniyyat, geyim və rəsm əsərləri hədiyyə edən fəallar, öz çıxışları ilə onlara xoş anlar bəxş ediblər. 

 

 

 

 

 

 

 

A.M

 

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar