SON XƏBƏRLƏR

Ərdəbil şəhərində ağaclar kəsilərək yerinə reklam tabloları quraşdırılır

2021.10.20, 07:36
Ərdəbil şəhərində ağaclar kəsilərək yerinə reklam tabloları quraşdırılır

Gunaz.tv

GünAzTV: Güney Azərbaycanın Ərdəbil şəhərində küçələrdə əkilən ağaclar kəsilərək yerinə reklam tabloları quraşdırılır. Bu barədə güneyli mənbələr martın 15-də məlumat yayıb.

 

Məlumatda bildirilir ki, Ərdəbil Şəhər İcra Hakimiyyəti (Şəhrdari), özünün gəlir mənbəyini artırmaq məqsədilə, son günlər şəhər küçələrindəki qocaman ağacları kəsərək yerinə reklam tabloları quraşdırmağa başlayıb. Beləliklə, də şəhərin çirkli havasının təmizlənməsinə, ətraf mühitin gözlliyinə səbəb olan bir çox ağac yerli rəsmilərin özbaşınalığı ucbatından məhv edilərək əhalinin narahatlığına səbəb olub. Məlumatda qeyd olunur ki, Ərdəbil Şəhər İcra Hakimiyyətinin rəsmiləri,  şəhərdə yaşıllıq sahəsinin gündən-günə azalmasından əziyyət çəkən əhalinin etirazı qarşısında susur və bu əməlinin səbəbini açıqlamaqdan boyun qaçırırlar.

 

Qeyd edək ki, beynəlxalq standartlara əsasən, hər bir şəhərdə adambaşına düşən yaşıllıq sahəsi  ən azı 20-25 kvadrat metr olmalıdır. Bu isə, hazırda Ərdəbil şəhərində 7,1 kvadrat metr, İranın digər yerlərində orta hesabla təxminən 15 metrdir. 

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar