SON XƏBƏRLƏR

Türkyə yeni əməliyyata hazırlaşır - "Dəclə qalxanı"

2021.10.20, 07:36
Türkyə yeni əməliyyata hazırlaşır - "Dəclə qalxanı"

Gunaz.tv

GünAz TV: İraqın şimalında Sincar şəhərində PKK terror təşkilatına qarşı Türkiyə Silahlı Qüvvələrinin (SQ) hazırladığı yeni hərbi əmliyyatın "Dəclə qalxanı" adlanacağı bildirilib.

 

Bu haqda Türkiyə mətbuatı hərbi mənbələrə istinadən məlumat yayıb.

 

Məlumata görə, hazırda Türkiyə SQ bu əməliyyata hazırlıq işləri aparır.

 

Hərbi əməliyyatın başlanacağı vaxt barədə dəqiq məlumat verilmir.

 

Qeyd edək ki, daha öncə ölkə lideri Rəcəb Tayyib Ərdoğan Türkiyə SQ-nin PKK terror təşkilatına qarşı mübarizə məqsədilə İraqın Sincar şəhərinə daxil ola biləcəyi barədə bəyan etmişdi.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar