SON XƏBƏRLƏR

Fransa kürd silahlılarına kömək üçün Mənbicə ordu göndərəcək

2021.10.20, 07:36
Fransa kürd silahlılarına kömək üçün Mənbicə ordu göndərəcək

Gunaz.tv

GünAz TV: Fransa kürd silahlılarına kömək məqsədi ilə Suriyanın Mənbic bölgəsinə ordu göndərməyi qərara alıb.


Bu barədə “Parisien” nəşrinə Parisdə səfərdə olan sözdə “Suriya Demokratik Qüvvələri” (SDF) adlanan qruplaşmanın nümayəndə heyətinin üzvü bildirib.

 

APA-nın yaydığı məlumata görə, ötən gün Fransa prezidenti Emmanuel Makron SDF nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinin üzvünün sözlərinə görə, Fransa rəhbərliyi xüsusi təyinatlı ordu birləşmələrini ən tez bir zamanda Suriyanın Mənbic bölgəsinə göndərməyi qərara alıb. Hərbçilərin sayı açıqlanmır. Məlumata görə, əməliyyat ABŞ hərbçiləri ilə razılaşdırılacaq.

 

Qeyd edək ki, Türkiyə Milli Təhlükəsizlik Şurası kürd silahlı dəstələrinin dərhal Mənbicdən çıxarılmasını tələb edib. Tələb yerinə yetirilməyəcəyi təqdirdə Ankara bölgədə hərbi əməliyyat keçirəcəyini bəyan edib. 

 
N.S

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar