SON XƏBƏRLƏR

Türkiyə Milli İstehbarat Təşkilatından 18 ölkədə şok əməliyyat

2021.10.20, 07:36
Türkiyə Milli İstehbarat Təşkilatından 18 ölkədə şok əməliyyat

Gunaz.tv

GünAz TV: Milli İstehbarat Təşkilatının (MİT) 18 ölkə ərazisində keçirdiyi əməliyyatlar zamanı ümumilikdə 80 FETÖ-çu yaxalanaraq Türkiyəyə gətirilib.

 

Bu barədə Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ informasiya verib.

 

Qeyd edək ki, bir qədər əvvəl MİT Kosovoda xüsusi əməliyyat keçirərək FETÖ istintaqı çərçivəsində axtarışda olan 6 əsas şəxsi Ankaraya gətirmişdi.

 

2016-cı il iyulun 15-də Türkiyə Silahlı Qüvvələrinin bir qrup üzvü “Yurdda sülh hərəkatı” adı verdiyi hərbi çevrilişə cəhd edib, baş verən hadisələr nəticəsində çox sayda insan həyatını itirmişdir. Türkiyə hökuməti FETÖ Təşkilatını hərbi çevrilişdə günahlandıraraq onu terrorçu təşkilat kimi tanıyıb.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar