SON XƏBƏRLƏR

“Şəhər yeri”nin məhv edilməsinə qarşı insan zənciri aksiyası keçirilib – Meşginşəhrdə / VİDEO

2021.10.20, 07:36
“Şəhər yeri”nin məhv edilməsinə qarşı insan zənciri aksiyası keçirilib – Meşginşəhrdə / VİDEO

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Meşginşəhr (Xiyav) şəhərində 9 min illik tarixi olan “Şəhər yeri” ərazisinin məhv edilməsinə qarşı insan zənciri aksiyası təşkil olunub.

 

Aprelin 6-da təşkil olunan aksiyada yüzlərlə soydaşımız iştirak edib. Aksiyaçılar Azərbaycanın tarixi məkanının məhv edilərək sıradan çıxarılmasına etiraz edib, Mədəni İrs Təşkilatından tarixi əsərə diqqət yetirməsini tələb ediblər.

 

https://www.youtube.com/watch?time_continue=27&v=7xlX-88772Y

 

 

Ötən günlərdə “Şəhər yeri”nin baxımsız və pis vəziyyətdə olduğuna dair internetdə xəbərlər yayılmışdır, bu xəbərlər soydaşlarımızın kəskin reaksiyasına səbəb olub.

 

“Şəhər yeri” Meşginşəhrin 30 kilometrliyində, Qarasu çayının kənarında yerləşir. 400 hektar sahəsi olan tarixi məkanın Qoşatəpə hissəsinin 9 min illik tarixi var. Oradakı qəbir və daş heykəllərinin isə 4 min illik tarixi olduğu bildirilir.

 

Hökumət rəsmiləri ötən illərdə “Şəhər yeri”nin yaxın gələcəkdə YUNESKO tərəfindən Ümumdünya İrs Siyahısına daxil ediləcəyini bildirmişdir. Lakin həmin tarixi məkan dövlətin laqeyd münasibəti nəticəsində müxtəlif səbəblərdən artıq sıradan çıxmaq üzrədir. Bu məsələ yerli əhalinin kəskin etirazı ilə qarşılanır. Şübhəsiz ki, “Şəhər yeri” İranın fars bölgələrində yerləşsəydi, fərqli bir şəkildə qorunub saxlanılardı.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar