SON XƏBƏRLƏR

İranda islamdan imtina edərək xristianlığı qəbul edən daha 1 nəfər tutulub

2021.10.20, 07:36
İranda islamdan imtina edərək xristianlığı qəbul edən daha 1 nəfər tutulub

Gunaz.tv

GünAzTV: İranda islamı tərk edərək xristianlığı qəbul edən daha 1 nəfər (Əziz Məcidzadə) tutulub. Hadisə bir ay əvvəl baş versə də, İranda gizli fəaliyyət göstərən xristian mənbələri bu barədə yenicə məlumat yayıb.

 

Məlumatda bildirilir ki, martın ortalarında (isfəndin 11-də) ETTELAAT əməkdaşları Kərəc şəhərində 20 xristianın tolaşdığı bir sexə hücum edib. Hücum nəticəsində xristianlığı yenicə qəbul etmiş 20 nəfər həbs edilərək naməlum istiqamətə aparılıb. Sexdə yoxlama aparılıb, xristianlara məxsus dini kitablar, incillər, noutbuklar və mobil telefonlar götürülüb. Bildirilir ki, tutulanların əksəriyyəti ilkin dindirilmələrdən sonra müvəqqəti olaraq azadlığa buraxılsa da, onlardan biri, Əziz Məcidzadə həbsdə saxlanılıb. Qeyd olunur ki, onun hazırda harada saxlanıldığı və konkret nədə günahlandırıldığı barədə hər hansı bir məlumatın olmaması, ailəsinin ciddi narahatlığına səbəb olub.

 

Qeyd edək ki, İran İslam Respublikası qanunlarına əsasən, islamı tərk edərək başqa bir dinə, o cümlədən də xristianlığa keçənlər mürtəd sayıldıqlarına görə edama məhkum edilməlidir. Lakin beynəlxalq təşkilatların kəskin etirazını nəzərə alaraq rəsmi Tehran, həmin şəxsləri açıq şəkildə edam edə bilmədiyinə görə, onlara qarşı müxtəlif yollarla təzyiq göstərərək təqibə məruz qoyur, həbs edərək ağır cəzalandırır.

 

1979-cu ildə, İranda mürtəce şiə ruhanilərin hakimiyyətə gəlişindən bu yana, ölkədə onlarla kilsə rəhbəri qətlə yetirilib, xristianlığı qəbul edən minlərlə insan həbs edilərək repressiyalara məruz qoyulub. Son vaxtlarda isə, İranda ev şəraitində idarə olunan kilsələrə edilən hücumlarda onlarla Evanjelik xristianı həbs edilib.

 

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar