SON XƏBƏRLƏR

İranın Saman şəhərində əyalət suyunun İsfahana yönləndirilməsinə qarşı kütləvi etirazlar keçirilib –FOTO və 1 VİDEO

2021.10.20, 07:36
İranın Saman şəhərində əyalət suyunun İsfahana yönləndirilməsinə qarşı kütləvi etirazlar keçirilib –FOTO və 1 VİDEO

Gunaz.tv

GünAzTV: İranın Çarmahal və Bəxtiyari əyalətinin Saman şəhərində bölgə suyunun İsfahana yönləndirilməsinə qarşı kütləvi etirazlar keçirilib.

 

Aprelin 17-də minlərlə etirazçı,  Saman şəhərinin küçələrində yürüş keçirərək, rejimin əyalət suyunu İsfahan şəhərinə yönləndrməsinə kəskin etiraz bildiriblər. Molla hakimiyyətinin ölkədə su qıtlığına səbəb olmuş səriştəsiz siyasətini qınayan yürüş iştirakçıları, rejimə və yerli məsullara qarşı şüarlar səsləndirərək, Saman şəhərinin suyunun İsfahana yönləndirməsinə kəskin etiraz bildiriblər. Əyalət əhalisini birləşməyə dəvət edən yürüş iştirakçıları, insanları rejimin bu siyasətinin qarşısında dayanmağa çağırıblar.

 

Etirazlarda mümkün həbslər barədə hər hansı bir məlumat yayılmayıb.

 

Xatırladaq ki, son günlər bölgədə yaranmış su qıtlığına və rejimin ölkənin su qaynaqları ilə bağlı yürütdüyü səhv siyasətinə qarşı etiraz əlaməti olaraq İsfahan əkinçiləri kütləvi etirazlara qalxaraq molla rejiminə qarşı şüarlar səsləndiriblər. Qonşu əyalətlərdən İsfahana çoxlu polis qüvvələri cəlb edilməsinə və şəhərdə bir növ fövqəladə vəziyyət hökm sürməsinə baxmayaraq, isfahanlı əkinçilərin və yerli kəndlilərin rejimə qarşı dinc etirazı ara-sıra davam edir.

 

Son illər, su qıtlığından və əkin yerlərini bürümüş quraqlıqdan əziyyət çəkən isfahanlı əkinçilər, şəhərdəki “Zayəndərud” çayına axan suların naməlum səbəbdən Yəzd əyalətinə yönləndirilməsinə etiraz bildirirlər.

 

 

 

VİDEO:

 

 

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar