SON XƏBƏRLƏR

“Traxtur” 17-ci super liqa yarışlarının son görüşündə qalib oldu

2021.10.20, 07:36
“Traxtur” 17-ci super liqa yarışlarının son görüşündə qalib oldu

Gunaz.tv

GünAz TV: Təbrizin “Traxtur” futbol komandası aprelin 27-də Xuzistanın “Fulad” takımı ilə qarşılaşıb.

 

Bu görüş “Traxtur”un İran üzrə futbol klublarının 17-ci super liqa yarışları çərçivəsində keçirdiyi son görüş olub. Əhvazın Təxti stadionunda baş tutan qarşılaşma 0:1 hesabı ilə “Traxtur”un xeyirinə yekunlaşıb.

 

Bu, “Traxtur”un son 80 gün ərzində əldə etdiyi birinci qələbədir.

 

Bu nəticədən sonra “Traxtur” 34 xala (imtiyaz) malik olub və 17-ci super liqa yarışlarını turnir cədvəlinin 10-cu pilləsində qərarlaşaraq başa vurub.

 

Azərbaycan klubu bu mövsümdə bir çox problemlərlə üzləşmişdir. Maliyyə sıxıntıları, İran Futbol Federasiyası İnzibati Komitəsinin kluba qarşı çıxardığı qərarlar, FiFA-nın “Traxtur”a qarşı oyunçu transferi qadağası və s. komandanın oyununa təsir edən amillərdir.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar