SON XƏBƏRLƏR

Azərbaycanlı aktyor bəzi türk ailələrində uşaqların farsca danışmasından narahatlığını bildirib - VİDEO

2021.10.20, 07:36
Azərbaycanlı aktyor bəzi türk ailələrində uşaqların farsca danışmasından narahatlığını bildirib - VİDEO

Gunaz.tv

GünAz TV: “Göründə ki, türk uşaqları ailə içində və ev mühitində farsca danışır, mən bundan çox təəssüflənirəm”.

 

Bu sözləri əslən Ərdəbildən olan tanınmış azərbaycanlı aktyor və rejissor Behnam Təşəkkür yerli Savalan (Səbəlan) Telekanalının verilişində dilə gətirib.

 

“Böyük fəxrlə bildirirəm ki, mən türkəm. Ata, anam ərdəbillidilər, mənim əsas vətənim də Ərdəbil şəhəridir”- deyə o qeyd edib.

 

B.Təşəkkür həmçinin ana dilini bilib danışmaqla bağlı təkidlə vurğulayıb ki, “türk ailələri uşaqlarına mütləq türk dilini öyrədib onlarla türkcə söhbət etsinlər.”

 

https://www.youtube.com/watch?time_continue=25&v=AdpFcF8ymg0

 

İranda qeyri-fars millətlərinə qarşı mədəni soyqırım və asimilasyon siyasəti tətbiq olunur. Bu siyasətin əsas hədəfi isə Azərbaycan türkləridir. Türklər asimilasyon siyasəti ilə yanaşı ictimai yerlərdə müxtəlif formalarda kobud təhqirlərə də məruz qalır. Bu təhqirlər vaxtaşırı dövlət televiziyaları və kütləvi informasiya vasitələrində də müşahidə olunur. Bütün bunlar bəzi türk ailələrini uşaqları ilə fars dilində danışmağa sövq etdirir.

 

N.S

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar