SON XƏBƏRLƏR

Bu gün “Traxtur” klubunun hərracı başa çatır

2021.10.20, 07:36
Bu gün “Traxtur” klubunun hərracı başa çatır

Gunaz.tv

GünAz TV: Bir həftə əvvəl satışa çıxarılan Təbrizin “Traxtur” futbol klubunun hərracı bu gün başa çatır.

 

Klubun hərracı ilə bağlı mayın 12-də rəsmi “Dünyayi iqtisad” qəzetində elan dərc olunmuşdur.

 

Məlumata görə, sabah, mayın 13-dən təqdim olunan təkliflər paketinə baxılacaq. Bu günə qədər Traktorqayırma Şirkətinin Katibliyinə 3 təkliflər paketi göndərilib, onlardan biri Təbrizin “Qostəreşe fulad” klubunun sahibi cənab Zenuziyə aiddir.

 

Gələcək 3 gün ərzində hərracın nəticəsinin məlum olacağı gözlənilir, klub yaxın günlərdə özəl sektora ötürüləcək.

 

Azərbaycanlıların sevimli “Traxtur” klubu 2010-cu ildə “Sepah”a ötürüldükdən sonra çoxlu problemlərlə üz-üzə qalıb. İran Futbol Federasiyası İnzibati Komitəsinin klub və onun tərəfdarlarına qarşı ardı kəsilməyən qərarları, FİFA-nın “Traxtur” haqda tətbiq etdiyi oyunçu tranferi qadağası və maliyyə sıxıntıları Azərbaycan klubunun üzləşdiyi çoxsaylı problemlərdən bir neçəsidir. Son vaxtlar klubun getdikcə hərbi hissəyə çevrilməsindən narahat olan komanda tərəfdarları bu vəziyyətin dəyişməsi və “Sepah”ın klubdan uzaqlaşmasını tələb etmişdilər. Bundan sonra klubun icraçı direktoru Mustafa Acorlu tutduğu vəzifədən istefa etdi, onun ardınca bir neçə vəzifəli şəxs klubdan uzaqlaşdırıldı. Nəhayət ki, “Sepah” klubun özəl sektora buraxılması ilə bağlı qərar qəbul etdi.

 

Bəzi “Traxtur” tərəfdarları qərarın arxasında hansısa gizli planın olub-olmamasından əmin olmadıqları üçün “Sepah”ın bu qərarına şübhə ilə yanaşır.

 

N.S

 

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar