SON XƏBƏRLƏR

Ağ Ev: "Amerika və Şimali Koreya liderlərinin görüşü ləğv edilməyib"

2021.10.20, 07:36
Ağ Ev: "Amerika və Şimali Koreya liderlərinin görüşü ləğv edilməyib"

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen Inla gələn ay planlaşdırılan görüşünü heç kim ləğv etməyib, Sinqapurda gözlənilən görüş planlaşdırılmaqdadır.

 

Bu barədə Ağ Evin mətbuat xidmətindən bildirilib.

 

Mətbuat xidmətindən həmçinin qeyd edilib ki, Tramp bu görüşü Cənubi Koreya Respublikasının prezidenti Mun Çje İnlə telefon danışığında müzakirə edib. ABŞ və Cənubi Koreya rəhbərləri bu məsələ ilə bağlı sıx koordinasiyanı davam etdirirlər.

 

Donald Trampla Kim Çen Inın görüşü iyunun 12-ə planlaşdırılır. Görüş Sinqapurda keçirilməlidir.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar