SON XƏBƏRLƏR

Pompeo Azərbaycan hökumətini və xalqını təbrik edib

2021.10.20, 07:36
Pompeo Azərbaycan hökumətini və xalqını təbrik edib

Gunaz.tv

GünAz TV: “Amerika Birləşmiş Ştatları (ABŞ) hökuməti və Amerika xalqının adından Azərbaycan xalqını və hökumətini Respublika Günü münasibətilə təbrik etməyə şadam”.

 

Bu barədə dövlət katibi Mayk Pompeonun Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü ilə əlaqədar yaydığı bəyanatında deyilir.

 

Bəyanatda qeyd olunub ki, 2018-ci ildə müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan, ilk dəfə olaraq qadınlara bərabər siyasi hüquqların verilməsini təmin edən Azərbaycan Demokratik Respublikasının yaranmasından 100 il ötür.

 

“1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan ABŞ-ın dəyərli tərəfdaşı olub. Uzunmüddətli əməkdaşlığımızın davam etdirilməsi, təhlükəsizlik, energetika və demokratik idarəçilik sahələrində əməkdaşlığımızın dərinləşdirilməsini, ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik. Biz həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yolunun tapılmasına sadiq qalırıq və tərəfləri intensiv danışıqları tezliklə bərpa etməyə təkidlə çağırırıq”, bəyanatda deyilir.

 

N.S

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar