SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Musa Sudi azadlığa buraxılıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Musa Sudi azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal mühəndis Musa Sudi Muğanlı məhkum edildiyi 7 aylıq həbs cəzasını çəkdikdən sonra Təbrizin Mərkəzi Zindanından sərbəst buraxılıb.

 

Ərdəbil sakini olan fəal iyunun 4-də həbsxanadan sərbəst buraxılıb.

 

M.Sudi 3 ay həbsdən sonra şərti azadlığa buraxılması üçün müraciət etmişdir, lakin məhkəmə məqsədyönlü şəkildə onun azadlığa buraxılmasını təxirə salmışdır. Fəalın həbs müddətinin 6-cı ayında şərti azadlığa buraxılması üçün imkan yaranıb,  lakin o 1 ay üçün müraciət etmək istəməyib və məhkum edildiyi müddətin sonuna qədər gözləyib və nəhayət bazar ertəsi günü azadlığına qovuşub.

 

2017-ci il dekabrın 16-da həbs edilən fəal Təbrizin “Traxtur” futbol komandası ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əlcəzirə” komandası arasında keçirilən görüşdə saxlanılıb, o “sistemin əleyhinə təbliğ” kimi qondarma ittihamla üzləşərək 7 ay həbs cəzasına məhkum edilib. Həmin görüşdə təxminən 100 nəfər azərbaycanlı fəal yaxalanmışdır. Məhkəmə saxlanılan fəalların bir neçəsi barəsində həbs hökmü çıxarmışdır.

 

N.S

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar