SON XƏBƏRLƏR

Sulduzda keçirilən idman yarışlarında kürd tamaşaçılarının söyüşlərinə tutarlı Cavab – VİDEO

2021.10.20, 07:36
Sulduzda keçirilən idman yarışlarında kürd tamaşaçılarının söyüşlərinə tutarlı Cavab – VİDEO

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Sulduz şəhərində Rəməzan kuboku çərçivəsində müxtəlif komandalar arasında idman yarışları keçirilir.

 

Ötən günlərdə keçirilən bir futzal yarışında kürdləri təmsil edən komandanın tərəfdarları azərbaycanlılara qarşı hücuma keçib, onları nalayiq küçə söyüşləri ilə söymüşdülər. Onlar hətta sulduzlu soydaşlarımıza tərəf bir çox əşya, o cümlədən butulka və daş atıb, türklərin ünvanına təhqiramiz söyüşlər səsləndirmişdilər. Azərbaycanlı futzal tamaşaçıları bu təhqirlərə “Azərbaycan, Azərbaycan” və “Yaşasın Azərbaycan” şüarları ilə qarşılıq vermişdir.

 

Buna cavab olaraq həmçinin iyunun 13-də eyni stadionda keçirilən yarışda radikal kürdlərin söyüşlərinə bir çox milli şüarla cavab verilib.

 

Aşağıdakı videolarda göründüyü kimi stadionda “Yaşasın Azərbaycan”, “Azərbaycan oyaqdı, kürdlər burada qonaqdı”,  “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Türk...türk...türk...” və s. kimi şüarlar səsləndirilib.

 

Video:

https://www.youtube.com/watch?time_continue=1&v=RK9UbIvVfho

 

https://www.youtube.com/watch?time_continue=6&v=g2L-y0su-3A

 

https://www.youtube.com/watch?time_continue=12&v=UDMsqs4z9mE

 

https://www.youtube.com/watch?time_continue=3&v=9ISCHGXOGLs

 

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar