SON XƏBƏRLƏR

Azərbaycan bayrağı Səhənd yüksəkliklərində qaldırıldı – GÖRÜNÜTÜ

2021.10.20, 07:36
Azərbaycan bayrağı Səhənd yüksəkliklərində qaldırıldı – GÖRÜNÜTÜ

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda Səhənd yüksəkliklərinin “Qoç gölü” zirvəsində Azərbaycan bayrağı dalğalandırılıb.

 

Məlumata görə, bir qrup azərbaycanlı alpinist “Qoç gölü” zirvəsini fəth etdikdən sonra orada Azərbaycan bayrağı qaldırıb, ona sevgi və hörmətlərini nümayiş etdiriblər.

 

Hadisə ötən günlərdə baş verib.

 

“Qoç gölü” Səhənd silsilə dağlarının ən gözəl zirvələrindən biridir. Dəniz səviyyəsindən 3750 metr hündürlükdə yerləşən “Qoç gölü” zirvəsi səhənd silsilə dağlarının ən hündür zirvəsidir, bura alpinistlər arasında “Qoç dağı” adlanır.

 

Adını çəkdiyimiz zirvə İranıq və Mətəng kəndlərinə gedən yolun sonunda yerləşir.

 

 

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar