SON XƏBƏRLƏR

“Marağa Universitetinin Azərbaycanşünaslıq Ocağı”na aid nəşriyyənin fəaliyyəti dondurulub

2021.10.20, 07:36
“Marağa Universitetinin Azərbaycanşünaslıq Ocağı”na aid nəşriyyənin fəaliyyəti dondurulub

Gunaz.tv

GünAz TV: “Marağa Universitetinin Azərbaycanşünaslıq Ocağı”na aid “Elin” adlı nəşriyyənin fəaliyyəti bir il müddətinə dondurulub.

 

Türk və fars dillərində nəşr olunan nəşriyyə Marağa Universiteti Nəşriyyələrinə Nəzarət Komitəsinin qərarı əsasında fəaliyyətini müvəqqəti olaraq dayandırmalı olub.

 

Nəzarət Komitəsi ötən günlərdə nəşriyyənin 13 və 14-cü saylarında yayılan mətləblərin araşdırılması ilə bağlı iclas keçirdikdən sonra sözügedən nəşriyyənin fəaliyyətinin dondurulmasına dair qərar qəbul edib.

 

Qış aylarında nəşr olunan 14-cü sayda Beynəlxalq Qadınlar Günü, Ana Dili Günü və s. kimi mövzularla bağlı mətləblər dərc olunmuşdur.

 

Bundan əvvəl 2015-ci ilin yaz aylarında nəşriyyənin 9-cü sayı nəşr olunduqdan sonra Marağa Universiteti Nəşriyyələrinə Nəzarət Komitəsi nəşriyyənin fəaliyyətinin 1 illik dondurulması ilə bağlı qərar qəbul etmişdir.

 

“Elin” Nəşriyyəsinə qadağa tətbiq olunduqdan sonra nəşriyyənin o dövrdəki müdir-məsulu Milad Balesini Nəzarət Komitəsi tərəfindən 1.5 il müddətinə təhsil almaq hüququndan məhrum edilib və Nəzarət Komitəsi tərəfindən yazılı töhmət (tobix) almışdır.

 

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar