SON XƏBƏRLƏR

Təhlükəsizlik qüvvələri 17 yaşlı azərbaycanlı fəalın ata evində axtarış aparıb – Urmiyədə

2021.10.20, 07:36
Təhlükəsizlik qüvvələri 17 yaşlı azərbaycanlı fəalın ata evində axtarış aparıb – Urmiyədə

Gunaz.tv

GünAz TV: Urmiyədə təhlükəsizlik qüvvələri ötən günlərdə saxlanılan 17 yaşlı milli-mədəni fəalın ata evinə hücum çəkərək yeniyetmənin ailəsini təhdid edib, onların narahatlığına səbəb olublar.

 

Şənbə günü baş verən hadisədə Salar Əfşarın ata evində axtarış da aparılıb. Məlumata görə, təhlükəsizlik qüvvələri fəala aid bir çox şəxsi əşya, o cümlədən mobil telefonu, ləptop və bir neçə kitabı özləri ilə götürüblər.

 

S.Əfşar iyulun 7-də Babək Xürrəmdinin doğum gününün ildönümündə şokolad payladığı üçün təhlükəsizlik qüvvələri tərəfindən Urmiyədə saxlanılıb.

 

Urmiyə Məhkəməsi qondarma ittihamlarla 17 yaşlı milli-mədəni fəalın sərbəst buraxılması üçün 50 milyon tümənlik mülki vəsiqə təyin edib.

 

Hələlik fəala qarşı irəli sürülən ittihamla bağlı dəqiq məlumat yoxdur.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar