SON XƏBƏRLƏR

Tramp Konqresi hökumətin fəaliyyətini dayandıracağı ilə təhdid edib

2021.10.20, 07:36
Tramp Konqresi hökumətin fəaliyyətini dayandıracağı ilə təhdid edib

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp demokratların Konqresdə sərhədin qorunması barədə qanun layihəsinə səs verməyəcəkləri halda federal hökumətin fəaliyyətini dayandıracağını bəyan edib.

 

APA-nın yaydığı məlumata görə, D. Tramp bunu bu gün "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb.

 

Qanun layihəsi Meksika ilə sərhəddə divar tikintisini nəzərdə tutur. D. Tramp Meksikadan ABŞ-a qeyri-qanuni miqrant axınının qarşısını almaq üçün bu divarın tikilməsini vacib sayır və seçki kampaniyasında da sərhəd nəzarətini gücləndirəcəyini vəd edib. D. Tramp hesab edir ki, 12 milyona qədər qeyri-qanuni miqrant "cinayətkar"dır və onları aşkarlayaraq deportasiya etmək lazımdır. Eyni zamanda həmin miqrantları cəmiyyət və ölkənin milli təhlükəsizliyi üçün risk sayır.

 

Xatırladaq ki, D. Tramp Meksika ilə sərhəddə divar tikilməsi barədə fərmanı hələ andiçmə mərasimindən 5 gün sonra imzalayıb. Ancaq Konqres indiyə qədər sərhəddə divarın tikintisi üçün lazımi vəsaitin ayrılmasını dəstəkləməyib.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar