SON XƏBƏRLƏR

Ustad Həsən Dəmirçinin 40 mərasimi çərşənbə günü Təbrizdə keçiriləcək

2021.10.20, 07:36
Ustad Həsən Dəmirçinin 40 mərasimi çərşənbə günü Təbrizdə keçiriləcək

Gunaz.tv

GünAz TV: Tanınmış azərbaycanlı milli-mədəni fəal, musiqi ustadı Həsən Dəmirçinin (Həsən Azərbaycan) 40 mərasimi çərşənbə günü Təbrizin “Cavad-ol Əemmə” məscidində keçiriləcək.

 

Mərhumun ailəsi tərəfindən yayılan bildirişdə elan olunduğu kimi, mərasim çərşənbə günü avqustun 1-də Təbriz vaxtı ilə saat 18:00-dan 20:00-dək nəzərdə tutulub.

 

Həsən Dəmirçi iyunun 24-ü sübh saatlarında Təbrizdə müalicə aldığı “Ali nəsəb” xəstəxanasında vəfat edib. Ürək infarktı keçirən tanınmış fəal may ayının əvvəllərində xəstəxanaya yerləşdirilmişdir.

 

Həsən Dəmirçi 1941-ci ildə Təbrizdə dünyaya göz açıb. O şair, yazıçı və musiqi ustadı kimi bütün ömrünü vətəni Azərbaycan, onun musiqisi və ictimai-siyasi məsələlərinə həsr etmişdir. Azərbaycan türk milləti bu xidmətlərinə görə ona “Həsən Azərbaycan” ləqəbi verib.

 

H.Dəmirçi Güney Azərbaycanın klassik və muğan musiqisi üzrə ən tanınmış incəsənət xadimlərindən biri olub.

 

Azərbaycanlı fəal, mərhum Prof. Zehtabi ilə birlikdə 1986-cı ildə Təbrizdə “Azərbaycan Mədəniyət Ocağı” Dərnəyinin qurucularından biri olub. O həmin zaman dərnəyin musiqi bölümü üzrə məsul seçilib.

“Azərbaycan Mədəniyət Ocağı” Dərnəyi musiqi sahəsində böyük uğurlara imza atıb. Bu dərnəyin sayəsində Əli Səlimi kimi böyük ustadlar musiqi sahəsində addımlamağa imkan tapıblar.

Dərnəyin kurslarında tar, kamança, qarmon, qara zurna, qaval və s. kimi Azərbaycan musiqi alətləri öyrədilir. Dərnəkdə həmçinin türk dilində avaz oxumaq və Azərbaycan rəqsi kusrları təşkil olunur.

 

H.Dəmirçi muğam musiqisi haqda bir neçə cild kitabın müəllifidir.

 

“Həsən Azərbaycan” adı ilə tanınan mərhum Həsən Dərmirçi Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs edilib və müxtəlif təzyiqlərə məruz qalmışdır.

 

40 mərasiminin bildirişi:

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar