SON XƏBƏRLƏR

Qərbi Azərbaycan valisinin müavini: Dövlətin əyalətin yarımçıq qalmış layihələrini başa vurmaqda problemi var

2021.10.20, 07:36
Qərbi Azərbaycan valisinin müavini: Dövlətin əyalətin yarımçıq qalmış layihələrini başa vurmaqda problemi var

Gunaz.tv

GünAz TV: Qərbi Azərbaycan valisinin müavini Tağı Kəhuriyan təmsil etdiyi əyalətdə uzun illərdir yarımçıq qalan iqtisadi layihələrin təhvil verilmədiyinin səbəbini açıqlayıb.

 

O bu barədə Qərbi Azərbaycan Valiliyində müqavimət iqtisadiyyatı mövzusunda keçirilən iclasda danışıb.

 

“Biz hələ də gələcəyi deyil, keçmişi düşünürük. Bu, bizim əsas problemlərimizdən biridir. 2013-cü ildə məlum oldu ki, Qərbi Azərbaycanda iqtisadi layihələrin başa çatması üçün bir neçə il gözləmək lazımdır və bunun da çarəsi özəl sektorun dəstəyini qazanmaqdır. Biz elə etməliyik ki, bu layihələr özəl sektorun diqqətini çəksin. Ona görə ki, dövlətin yarımçıq qalan layihələri təhvil verməkdə çoxlu problemi var. Bu, yalnız özəl sektorun vasitəsi ilə mümkün ola bilər”- deyə o vurğulayıb.

 

Dövlətin problemlərini sadalayan vali müavini yarımçıq qalmış layihələrin dövlət tərəfindən davam ediləcəyi ilə bağlı heç bir ümid verməyib, əksinə bundan sonrakı iqtisadi layihələrin də yalnız özəl sektor vasitəsi ilə həyata keçirilə biləcəyini açıqlayıb.

 

Qeyd edək ki, Güney Azərbaycanda çox sayda dəmiryolu, yol, xəstəxana, idman kompleksi və s. kimi böyük layihələr uzun illərdir yarımçıq buraxılıb, bunların heç birinin yaxın gələcəkdə təhvil veriləcəyi gözlənilmir. Layihələrin yarımçıq buraxılmasının səbəbi Azərbaycan Əyalətlərində büdcə vəsaitinin çatışmamasıdır.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar