SON XƏBƏRLƏR

“Traxtur”-“Sepahan” görüşü bərabər hesabla başa çatıb

2021.10.20, 07:36
“Traxtur”-“Sepahan” görüşü bərabər hesabla başa çatıb

Gunaz.tv

GünAz TV: İsfahanın fuladşəhr stadionunda bu şəhərin “Sepahan” və Təbrizin “Traxtur” komandaları arasında keçirilən görüş bərabər hesabla sona çatıb.


İran üzrə futbol klublarının super liqa yarışlarının 5-ci həftəsində keçirilən görüş avqustun 24-ü Təbriz vaxtı ilə saat 20:00-da keçirilib. Qarşılıqlı hücumlar şəraitində keçən görüş nəhayət ki, 2:2 bərabər hesabla sona çatıb.


Antoni Stux və Danyal İsmailifər oyunun 73 və 90-cı dəqiqələrində “Traxtur” tərəfindən, Səccad Şəhbazzadə və İzzətullah Purqaz isə 35 və 88-ci dəqiqələrdə “Sepahan” tərəfindən qol vurublar.


“Traxtur”-“Sepahan” qarşılaşması həftənin ən maraqlı görüşü seçilib.



N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar