SON XƏBƏRLƏR

Divarlara azərbaycanlı siyasi məhbusların azadlığını tələb edən şüarlar yazılıb – Parsabadda / GÖRÜNTÜ

2021.10.20, 07:36
Divarlara azərbaycanlı siyasi məhbusların azadlığını tələb edən şüarlar yazılıb – Parsabadda / GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Muğanın Parsabad şəhərində divarlara azərbaycanlı siyasi məhbusların azadlığını tələb edən şüarlar yazılıb.

 

Məlumata görə, şəhərin hərəkətli yerlərində, əsasən dövlət orqanlarının divarlarında milli-mədəni fəallar tərəfindən yazılmış çox sayda şüara rast gəlinir.

 

Fəallar hazırda İran rejiminin zindanlarında məhbus həyatı yaşayan milli-mədəni fəal Siyamək Mirzayi və İbrahim Nurinin azadlığını tələb ediblər.

 

Aşağıdakı görüntülər sentyabrın 1-də GünAz TV-yə göndərilib.

 

İ.Nuri Tehranın Evin zindanının 4-cü bölümündə qeyri-müəyyən vəziyyətdə saxlanılır. S.Mirzayi isə Evin zindanının 8-ci bölümündə 3 illik həbs cəzasını çəkməkdədir.

 

 

 

 

 

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar