SON XƏBƏRLƏR

Türk kəşfiyyatından Suriyada müdhiş əməliyyat: Reyhanlı terrorunun təşkilatçısı tutuldu - VİDEO

2021.10.20, 07:36
Türk kəşfiyyatından Suriyada müdhiş əməliyyat: Reyhanlı terrorunun təşkilatçısı tutuldu - VİDEO

Gunaz.tv

GünAz TV: Türkiyə kəşfiyyatı Suriya ərazisində xüsusi əməliyyat aparıb.

 

Əməliyyat nəticəsində 2013-cü ildə Türkiyənin Hatay vilayətinin Reyhanlı şəhərində törədilmiş terror aktının təşkilatçısı, Türkiyə vətəndaşı Yusuf Nazik saxlanılıb.

 

Y.Nazik Suriyanın Latakiya şəhərində ələ keçərək Türkiyəyə gətirilib.

 

Yerli mətbuatın yazdığına əsasən, o, terror aktını Suriya kəşfiyyatının dəstəyi ilə həyata keçirdiyini etiraf edib.

 

Xatırladaq ki, 53 nəfərin ölümü, 155 nəfərin xəsarət alması ilə nəticələnən Reyhanlı terroruna görə məsuliyyəti DHKP-C daşıyır.

 

Reyhanlı terroru Türkiyə tarixində 2015-ci ildə meydana gələn Ankara terrorundan sonra ən böyük terror hesab edilir.

 

Video:

https://www.youtube.com/watch?v=c__mMADixUE

 

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar