SON XƏBƏRLƏR

İranın Əhvaz şəhərində hərbi parada silahlı hücum olub. Ölən və yaralananlar var - FOTOLAR, VİDEOLAR

2021.10.20, 07:36
İranın Əhvaz şəhərində hərbi parada silahlı hücum olub. Ölən və yaralananlar var - FOTOLAR, VİDEOLAR

Gunaz.tv

GünAzTV: İran-İraq müharibəsinin 38-ci ildönümü münasibətilə sentyabrın 22-də Xuzistan əyalətinin Əhvaz şəhərində keçirilən hərbi parada silahlı hücum olub.

 

Yayılan ilkin məlumatlara əsasən, naməlum silahlı şəxslər, şəhərin əsas küçələrindən birində keçirilən hərbi parada qatılanlara yaxınlıqda yerləşən bir parkın içindən odlu silahlardan atəş açıblar. Atəş nəticəsində ən azı 11 “Sepah”çıvə hərbçi yerindəcə həlak olub, 30-a yaxın insan yaralanıb. Yaralılar arasında azyaşlı uşaqlar və qadınların da olduğu bildirilir.

 

Hücumçuların tutulub-tutulmaması barədə hələlik hər hansı bir məlumat yayılmayıb.

 

Hadisədən az sonra jurnalistlərə açıqlama verən “Sepah”ın sözçüsü Ramazan Şərif hücumçular “Əl-Əhvaziyyə” cərəyanına bağlı “terrorçular” adlandırıb. İranın bəzi saytları isə hücumçuların “təkfirçi qüvvələr” dən olduğunu yazırlar. Hazırda Əhvaz şəhərində vəziyyətin gərgin olduğu bildirilir.

 

 

Xatırladaq ki, bu gün İran ordusu ilə “Sepah”ın körfəzdə, Hörmüz boğazı yaxınlığında birgə hərbi paradı keçirilir. Hərbi parada ordu və “Sepah”ın dəniz və hava qüvvələrinə məxsus 600 gəmi, qayıq və hərbi təyyarə qatılıb. Hərbi parada, İran silahlı qüvvələrinin, eləcə də “Sepah”ın komandanları və digər yüksək rütbəli rəsmiləri qatılıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

VIDEO:

 

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar