SON XƏBƏRLƏR

İsraildən Rusiyaya “S-300” cavabı - “Bizim təyyarələrimizi müəyyən edə bilməzlər”

2021.10.20, 07:36
İsraildən Rusiyaya “S-300” cavabı - “Bizim təyyarələrimizi müəyyən edə bilməzlər”

Gunaz.tv

GünAz TV: İsrail regional əməkdaşlıq naziri Çaxi Haneqbi Rusiyanın Suriyaya “S-300” hava hücumundan müdafiə kompleksi göndərməsi ilə bağlı danışıb.

 

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, o, hərbi bazalarının çox güclü olduğunu bildirib  və “S-300”dən çəkinmədiklərinə işarə edib.

 

Haneqbi qeyd edib ki, İsrail dünyada radardan yayınan ən yaxşı gözəgörünməz təyyarələrə sahibdir:

“Rusiyanın “S-300” sistemi bizim təyyarələrimizi müəyyən edə bilməz”.

 

Xatırladaq ki, ötən ay Rusiyaya məxsus “İl-20” təyyarəsinin Aralıq dənizində vurulmasından sonra Suriyaya “S-300” və 49 müxtəlif hərbi cihaz göndərilib. Rusiya müdafiə naziri Sergey Şoyqu qeyd edib ki, rus hərbiçilərin Suriyadakı təhlükəsizliyini artırmaq üçün qabaqlayıcı tədbirlər davam etdirilir.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar