SON XƏBƏRLƏR

Qaşqay türkləri Təbrizin səhənd stadionuna buraxılmayıb

2021.10.20, 07:36
Qaşqay türkləri Təbrizin səhənd stadionuna buraxılmayıb

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, dekabrın 14-də Təbrizin səhənd stadionunda bu şəhərin “Traxtur” və Xuzistanın “Fulad” komandaları arasında görüş keçirilib.

 

Görüşdə 70 mindən çox soydaşımız tamaşaçı qismində iştirak edib.

 

Məlumata görə, oyundan əvvəl təhlükəsizlik qüvvələri milli geyimlə stadiona daxil olmaq istəyən 3 Qaşqay türkünü içəri buraxmayıb. İranda bəlkə də birinci dəfədir ki, insanlar milli geyimə görə stadiona buraxılmır.

 

İran rejimi ölkənin müxtəlif bölgələrində yaşayan türklər arasında milli oyanış cərəyanından vahiməyə düşdüyü üçün belə hərəkətlərin qarşısını dərhal almağa çalışır.

 

Son illərdə Qaşqay və Azərbaycan türkləri bütün yarışlarda qarşılıqlı olaraq bir-birlərinin idman komandalarına dəstək verir, bu proses getdikcə genişlənir.

 

Qaşqay türkləri bir türk eli kimi, daim İran rejiminin təzyiqi altında olub. Bir neçə şəhərdə, lakin kompakt şəkildə yaşayan Qaşqay türklərinin fəalları müəyyən mədəni tədbirlər keçirməklə rejimin asimilasyon siyasəti qarşısında müqavimət göstərməyə çalışırlar.

 

“Qaşqay yurd” Qaşqay türklərinin yaşadığı ərazilərə deyilir. Bura Kohkiluye-Boyr Əhməd, Çahar Mahal və Bəxtiyari, İsfahan, Fars və Buşehr Əyalətlərinin müəyyən məntəqələri aiddir.

 

İranda Qaşqay türklərinin sayı barədə dəqiq məlumat yoxdxur, lakin Qaşqay cəmiyyətinin 2-3 milyon nəfərdən ibarət olduğu ehtimal edilir.  

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar