SON XƏBƏRLƏR

Amerikanın BMT TŞ-dakı nümayəndəsi: “Yəmənlə bağlı qətnamədə İranın cəzalandırılmamasına görə təəssüf hissi keçiririk”

2021.10.20, 07:36
Amerikanın BMT TŞ-dakı nümayəndəsi: “Yəmənlə bağlı qətnamədə İranın cəzalandırılmamasına görə təəssüf hissi keçiririk”

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi dünən Şurada Britaniyanın Hüdeydədə atəşkəs sazişi imzalamaqla bağlı hazırladığı qətnamə layihəsi üzrə aparılan danışıqlar zamanı İranı husilərə silah göndərməklə Yəmən müharibəsini daha da alovlandırmaqda ittiham edib.

 

Amerikalı diplomat qətnamədə İranın provokativ siyasətlərinə görə cəzalandırılmamasından təəssüf hissi keçirdiyini bildirib.

 

Xatırladaq ki, dünən (21 dekabr-red) BMT Təhlükəsizlik Şurası Britaniyanın Yəmənin Hüdeydə şəhərində atəşkəsə nəzarət edən qrupun yerləşdirilməsi ilə bağlı təklif etdiyi qətnamə layihəsi qəbul edilib. Bu qətnamənin Yəmən münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində mühüm addım hesab edilir.

 

Ə.A

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar