SON XƏBƏRLƏR

Pompeo: “İran xalqı bu günki şəraitdən və totalitar hökumətdən daha yaxşı şəraitdə yaşaya bilərlər”

2021.10.20, 07:36
Pompeo: “İran xalqı bu günki şəraitdən və totalitar hökumətdən daha yaxşı şəraitdə yaşaya bilərlər”

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo “Newsmax TV” ilə müsahibəsi zamanı ölkəsinin İranla bağlı yürütdüyü siyasətə də toxunub.

 

O, bildirib ki, İrana qarşı qəbul edilmiş sanksiyaların nəticəsi İran xalqının bu gün totalitar rejimin tərkibində yaşadıqları şəraitdən xilas olması ola bilər: “İslam Respublikasına qarşı qəbul edilmiş sanksiyaların sonda İran xalqının bu gün totalitar rejimin tərkibində yaşadıqları şəraitdən daha yaxşı vəziyyətdə yaşaya biləmələri ilə nəticələnə bilər.”- deyə Pompeo əlavə edib.

 

Qeyd edək ki, Amerika Birləşmiş Ştatları 2018-ci ilin may ayında İranla 5+1 ölkələri arasında imzalanmış nüvə sazişindən çıxdığını elan edərək, rəsmi Tehrana qarşı yenidən sanksiyalar qəbul edib. İki mərhələdən ibarət olan sanksiyaların 2-ci mərhələsi noyabr ayının əvvəllərində İranın neft və qaz sektoruna qarşı sanksiyaların tətbiq edilməsi ilə nəticələndi. ABŞ İranı terrorizmə dəstək göstərməkdə, raket proqramını davam etdirməklə BMT-nin 2231 saylı qətnaməsini pozmaqda və regionda qeyri- sabit şərait yaratmaqda ittiham edərək, rəsmi Tehranın öz siyasətində dəyişikliklər etməsini tələb edir.

 

Ə.A

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar