Təbrizdə Güneyli fəal həbsxanaya göndərildi
200 gəmi Hörmüz boğazından keçib
Dollar İranda 200 min tümən həddinə yaxınlaşdı
İranda Starlinkə görə onlarla şəxs həbs edilib
Tehranda Netaniyahu və Trampı "edam etdilər"
Pezeşkian: Hər kəs İran-ABŞ anlaşmasının arxasında dayanmalıdır
Sərt xətt tərəfdarı qəzet: Pezeşkian və Qalibaf İranın rəqiblərinə zəiflik siqnalı verir
İran ABŞ-ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb
İranın iqtisadiyyat naziri daha çox bankın bağlana biləcəyini bildirib
ABŞ rəsmisi: İsrail Türkiyə sərhədində “təhlükəli oyun” oynayır
Fransa Ukraynaya raket göndərişini sürətləndirir
Rusiya artıq Aralıq dənizində hərbi mövcudluğa malik deyil
İranda çatışmazlıq gündəlik istifadə olunan dərmanlara da çatdı
İranda dollar və sikkənin qiyməti yenidən bahalaşdı
İranın Bəsic komandanı ABŞ-la yenidən danışıqlara qarşı xəbərdarlıq edib
İran həbsxanalarında qadınlara qarşı cinsi zorakılıqla bağlı dəhşətli hesabat
İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib
Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir
Tikantəpəli körpə “Elxan” adı ilə doğum haqqında şəhadətnaməsiz qalıb
Təbriz imam-cüməsi Koroğlu tamaşasının rejissorunu hədələməsindən geri çəkildi; məsələ həll olundumu?
Koroğlu sevgisi ilə Təbrizdən Tikantəpəyə velosiped yürüşü və Çəmli Gölün böyük festivalında iştirak
ABŞ blokadası fonunda İranın xam neft yükləmələri müharibədən əvvəlki səviyyənin yeddidə birinə düşüb
İran ordusunun yeni doktrinası qabaqlayıcı zərbələrə imkan verir
Iranda universitet müəllimləri beyanat yayd- Siyasi məhbuslar
SEPAH komandanı İranın hücum və müdafiə imkanlarını sürətlə artırmalı olduğunu bildirib
Livan İranın yeni səfirinin ölkəni tərk etməli olduğunu bildirir
İrana bağlı tanker Yəmən sahillərində ələ keçirildi
Tramp: Vaşinqtonun Tehrana qarşı hərbi güc tətbiq etmək imkanı məhdud deyil
Tramp: İran razılaşma istəyir, amma “düzgün razılaşma” üçün hələ hazır deyil
CENTCOM: İranın dəniz blokadası bərpa olunandan bəri 20 gəmi istiqamətini dəyişib
Hörmüz boğazını Amerika ərazisi hesab edirəm - Tramp
24 yaşlı siyasi məhbus edama məhkum edildi
Oman və İran XİN başçıları Hörmüzü müzakirə ediblər
Urmiya imam-cüməsi: Hökumət qadınların hicabına müdaxiləni davam etdirməlidir
Livan: İranın müdaxiləsi suverenliyimizə təcavüzdür
İsrail və Türkiyə arasında gərginlik artıb
Ankara Netanyahu barədə həbs qərarı çıxardı
6 dəniz qulduru İranin neft tankerini ələ keçirdi
Pezeşkian: Ucuz benzin hökuməti maliyyə məhdudiyyətləri ilə üz-üzə qoyub
Reuters: İranın Çinə neft satışı azalıb
Suriya münasibətlərin yaxşılaşması üçün İranın suriyalılara qarşı etdiklərini qəbul etməli olduğunu bildirir
İranlı deputat sülh çağırışlarının “təslim olmaq” anlamına gəldiyini bildirib
CNN: Şimali Koreya Rusiyaya daha 8500 nəfərlik hərbi qüvvə göndərib
Hər cür pislik kimi din cəhaləti də bizimçün
sağlam olmayan ortamda (şəraitdə) oluşa bilir.
Bəli, tariximizdə çox acı görülən odur ki, çökmüş Osmanlı Dövlətinin yerində, Mustafa Kamalın başarısıyla, Türk millətinin özgürlüyünün qazanılmasında uğurla hüquqi baza rolunu oynamış Türkiyə Böyük Millət Məclisi, 1930-cu ildə, İsmət İnönünün başqanlığında, Türkiyə Cümhuriyyətinin demokratik idarəçiliyə keçilməsi cəhdinin qarşısının alınmasında əsas və üzücü (məşum) bir rol oynamışdır ki, buna da səbəb onların əksərən geri düşüncəli olmaları olmuşdur... Müsəlman Şərqinin düşüncəısi bildiyiniz kimi, əsarətində olduğu bədəvi ərəbin yarımvəhşi görüşləri əsasında formalaşmışdır.
Beləliklə, ”Tarih Dosyesi / Dünya Bületeninin 15 mart 2018-ci il tarixli ” təqdimatından oxuyuruq, “1930 Yılında Atatürkün istəgiilə Fethi Okyar tarafından kurulan Serbəst Cümhuriyyet Fırkasının hangi amacla kurulduğu noktasında partinin kurucuları, dönəmin tanıkları (şahidləri,M.Ə.) ve konuyu araştıran tarihçilerin farklı görüşleri mövcuttur. Bu görüşler bir kaç başlık altında şöyle toplanabilir: Demokratik rejime geçiş istegi, Atatürkün İsmet İnönü yüfrenləmək (yüyənləmək,məhdudlaşdırmaq, M.Ə.) istemesi, iktıdarın denetlenmek (göz qoymaq,M.Ə.) istenmesi, toplumdakı egilimlərin (meyllərin,M.Ə.) anlaşılması yani yapılan inkılapların yerleşib yerleşmədiginin tespiti.”(Seçmə,mənimdir,M.Ə.)
Görünür, Atatürk və demokratiya tərəfdarları, artıq oturuşmuş Türkiyə Cümhuriyyətinin yönətilməsinin, təkpartiyalı, seçkin bir qrupun (CHP seşkinləri) diktatından, yeni, çağdaş, demokratik iş üsuluna, yəni, toplumun daha geniş yaradıcılıq alanına keçilməsinin zəruriliyini çox aydınca anlayırdılar. Bu, qananların, dövlətin daşıdığı Respublika adına uyğun dəyərlərlə yönətilməsinə keçilməsi, daim sürətlə yürüyən dünya inkişafından geri qalmamaq və yeni çağla ayaqlaşmaqla daha üstün yaşamaq cəhdi idi... Çünki, yenilikçi kəsim görürdü ki, Osmanlı Dövlətinin yıxılmasının obyektiv səbəblərindən birinin, həm də ən əsası, dövlət idarəçiliyinin geriçi monarxiya (oxu, diktatura) olması, öncül, gəlişən çağa, başqa sözlə, demokratiyaya uyğun olmaması idi.
Demokratya - idarəçiliyə geniş xalq kütlələrini cəlb etməklə, gəlişmənin (inkişafın) içdən qaynaqlanmasını təmin edən, özü-özünü üstün kadrlar və dəyərlərlə daim təzələməklə zənginləşdirən xalq hakimiyyəti idarəçilik üsuludur. Atatürk və yenilik tərəfdarlarının bu baxımdan, Türkiyə Cümhuriyyətinin gələcəkdə Osmanlının acı taleyini təkrar yaşamamasından ötrü çabaları çox doğal (təbii) və anlaşılan idi...
Daha sonra, ”Tarih Dosyesi...”indən oxuyuruq “...Serbest Fırkanın kurucularından ve tüm gelişmelere, yaşananlara şahit olmuş olan Ahmet Ağaoğlunun degerlendirmeleri önemli bir kaynak niteligindedir. Ahmet Ağaoğlu Serbest Fırka Hatıraları adlı eserinde Serbest Fırkanın kurluşunu, Atatürkün ve İnönünün parti karşısındakı tutumunu ve partinin kapanış sürecinde taylı bir şekilde anlatmaqdadır....
Ağaoğlu iktıdarda bulunan İsmet İnönü ve ekibinin Serbest Fırkanın varlığından rahatsız olduğunu, özellikle Fethi beyin İzmir seyahatından sonra Serbest Fırkayı yok etmekçin amansız bir mücadileye girdigini dile getirmekdedir. Bu mücadilede artık hiç bir kural (qayda,M.Ə.) yoktur. Kurtuluş savaşı sürecinde yaşananlarda yıllar sonra gündeme gelmeye başlamıştır... CHP millet vekillerinden biri kürsüye gelerek : “İşte Efendiler, size iki şahs! Mudanya Mütarekanamesini (sazişini,M.Ə.) yapan və Mondros Mütarekanamesini yapan! Hangisini tercih (üstün,M.Ə.) ediyorsunuz? Diye rekeliile Fethi beyi ve Ismet Paşayı gösterdi.” (Mondros mütarekasini Fethi Okyar Yapmışdı) ”
Bu müqaisə olduqca yersiz və məntiqsiz olsa da, lakin, qaraqışqırıq salmaq üçün işə yarayırdı deyə, məsələ İ.İnönü tərəfindən məclisdə qiymətləndirməyə elə bu müstəvidə sunuldu (təqdim olundu). Əslində, bir prinsip, yaşam tərzi olaraq demokratya hara, hər hansı bir şəxs və onun keçmişdəki şərtlərin diqtəsilə keçdiyi yol, etdikləri hara, bunlar ayrı, tamam başqa şeylər idi...
Halbuki, Fəthi bəy sadəcə bir məmur kimi, tabeçiliyində olduğu o zamanın iqtidarı Osmanlı Dövlətinin tapşırığını icra etmişdir... bu əmələ görə hüquqi məsuliyyəti də bu barədə qərar vermiş və sonda özünün savaşdığı, türk düşməni və öz “düşməni” ingilisin hərb gəmisi ilə ölkəni tərk etmiş Osmanlı Dövlətinin Sultanı Vahdətdinin və onun hökumətinin boynundadır, Fəthi bəyin buradakı rolu formal icraçılıqdır...
Burada, Osmanlı İmperatorluğunun çökməsində məlum faktiki rol oynayan Mondros Sazişində iştirak etmiş Fəthi Okyarın, o vaxtkı işçi qrupunda formal rolu ilə, demokratiyaya münasibət tam yersiz olaraq eyniləşdirilirdi. Ki, əgər Fəthi bəy türk millətinin işğalını rəsmiləşdirən sazişdə iştirak edibsə, o (içdən bunu istəyib, istəməsindən asılı olmayaraq, əslində Osmanlı Dövləti, məğlub tərəf kimi bu sazişi bağlamağa zorlanmışdı), demək, millətin taleyində mənfi rol oynamışdır, elə buna görə də onun adıyla bağlı olan Sərbəst Fırka və demokratik idarəçilik də pis olmalıdır...
...Nəinki, TBMM-ni təmsil edən İsmət Paşanın imzaladığı, Qurtuluş Savaşının əsgəri dövrünün sona ərməsi (çatması) və siyasi dövrünün başlanmasını, habelə, Osmanlı Dövlətinin hüquqi cəhətdən sona çatmasını rəsmiləşdirən Mudanya Atəşkəsi... əlbəttə, ikinci müsbət roldadır...
Türk millətinin bu cür taleyüklü məsələsinin, İsmət İnönü tərəfindən tamamilə yanlış müstəvidə səsverməyə çıxarılması və bu firqənin, ölkədə qarışıqlıq yaratmaqla Cümhuriyyəti dağıdacağına Mustafa Kamalı inandırması (əslində, öz gələcək karyerası xətrinə aldatması)... Sərbəst Fırka Partiyasının sonunu gətirmiş oldu...
Sozsüz, burada Mustafa Kamalıın öz əvvəlki fikrində durmaması, silahdaşı İ.İnönünü incitmək istəməməsi və qətiyyətsizliyi də rol oynamışdır... ama, gərək o, bunları etməyəydi, çünki, söhbət Türkiyənin gələcəyinin necə - bir qrup seçkinin (partnamenqlaturanın) diktaturasımı, yoxsa, demokratya, xalq hakimiyyəti yoluyla davam etməsi məsələsi idi.
”Tarih Dosyesi...” hər şeyə aydınlıq gətirir...”Partinin kapatılış dilekçesinin (ərizəsinin,M.Ə.) yazılması sürecinde yaşananlar ise Ağaoğlunu hayal kırıklığına uğratmış ve partinin kuruluşunu bir aldatma olarak yorumlamasına sebep olmuşdu. Partinin kapanış dilekçesinde Fethi Okyar, “Bu şartlar dahilinde memlekette ikinci bir fırkanın teşekkülü muhaldır” (mümkün degildir)... demişti. Ancak buna ilk itiraz İsmet İnönüden gelmişti: “Cümhuriyyete fırka teşekkülü muhaldır demek, Cümhuriyyetin olmadığını ilan etmekdir (əslində,o, haqlıdır, ancaq burada olayı, Fəthi bəyi, Cümhuriyyətə qarşı qoymaqla söz oynadır,M.Ə.) Buna razı olamayız.” “Ah! Şarkın bu riyakarlığı! Kelimenin altına saklanarak vehmi mevcut, hayali gerçek gibi göstermekten çekinmemek! Bu zavallı ülkenin bütün felaketlerinin kaynağı bu korkunc ruh hastalığıdır.”
Partinin kapatılış dilekçesinin yazıldığı gün yaşanan bu gelişmeler Ağaoğlunun rejime ve ülkenin gelecegine olan güvenini yok etmişti. Serbest Fırkanın kendilerine kurdurulmasının halkı aldatmaktan başka bir amacının olmadığına inanmaya başlamıştı. Ağaoğluna göre, partinin kurdurulmasının sebebi halkın birkimiş (yığılıb qalmış,M.Ə.) olan tepkisini gidermek (aradan qaldırmaq,M.Ə.), bir nebze (anlığa,M.Ə.) olsun halkı rahatlamaktı, ülkeye demokrasiyi hakimkılmak kibi bir amacı yoktu.
Ağaoğlunun Serrbest Fırka sürecinde yaşadıkları, onu tekparti rejimine yönelik en sert eleştiri getiren kimselerden biri haline getirdi. Ağaoğlu tekparti rejimini ve dönemin yöneticilerini en ağır ifadelerle şöyle tasvir edyordu:
Bizde cumhuriyyetten en uzak bir belirti bile yoktur. Bizdeki rejim tam manasile ve en şiddetli bir diktatörlüktür ve bunu hepsi bilyor. Fakat buna reğmen (baxmayaraq,M.Ə.) her kes hürriyyetten, cumhuriyyetten, bahsedyor, herkes serbest cumhuriyyet olduğunu söylüyor iddia edyor. Karşılıklı bir aldatmadırki, memleketin bir ucundan diger ucuna kadar devam edip gidyor! Fakat aynı zamanda da kimse aldanmyor, kimse inanmyor. ”
Əhməd Ağaoğlunun istəyi gələcəyi parlaq, demokratik bir respublika qurmaq idi...
Sayğılı dostum, tarixçi professor Nəsib Nəsibli mənə deyir, “Hardansa eşitmişəm, Sərbəst Cumhuriyyət Firqəsinin qapadılmasını deyəndə: Axı, sən özün dedin ki, Serbest Firqəni quraq... Mən dedim, indi də mən qapadın, deyirəm... deyəndə: Biz səninçün uşaq deyilik ki, bizi aldadıb, oynadırsan?...” deyə, sənin soydaşın Əhməd Ağaoğlu, Mustafa Kamala bozarmış və qapını çırpıb otağından çıxmışdır...”
Bildiyimiz kimi, Mondros Atəşkəs Antlaşması 30.10.1918-ci ildə, Osmanlının 1-ci Dünya Müharibəsində məğlubiyyətini təsdiqləməklə, onun varlığına faktiki son verir. Antlaşmanı, Osmanlı Dövləti tərəfindən Dəniz Qüvvətləri Naziri Rauf (orbay) Bəy imzalamış, 7 maddədən ibarətdir. Antlaşmanı qarşı tərəfdən müttəfiqlərinin razılığı ilə İngiltərə imzalamışdır. Bu Antlaşma ilə Osmanlı Ordusu buraxılır (7mad.), güvənlikçin kiçik bir jandarma saxlanılır, 6 vilayətdə (Ərzrum, Van, Bitlis, Diyarbakır, Elazığ, Sivas) ixtişaş olacağı təqdirdə (5 mad.)... buralar, İttifaq dövlətləri tərəfindən işğal olunacaq və burada erməni dövləti qurulacaqdı...
Onsuzda, Avropa ölkələrinin, Türkiyə və Rusiyanın da iştirak etdiyi Berlin Konqresindən (1 iyun-1 iyul 1878-ci il) sonra, Konqresin, Türkiyənin xristianlar yaşayan Kiçik Asiya hissəsində yerli özünüidarə islahatı keçirilməsi qərarından sonra, Avropa dövlətləri və Rusiyanın gizlicə, on illərlə silahlandırdığı ermənilər tərəfindən, Birinci Dünya Müharibəsinədək və müharibə dövründə, müsəlmanlara qarşı bu vilayətlərdə (Kiçik Asiyada və Azərbaycanda) üç dəfə böyük qırğınlar törədilmiş (1893-1894, 1905-1906, 1914 sonu-1918) və müharibə aparan Osmanlı Dövləti arxadan vurulmuşdu...
Qurtuluş Savaşı aparan Türk Ordusunun böyük hücumundan təlaşa düşən ingilislərin istəyi ilə, Türklərlə, İngiltərə və İtalya arasında, 11.10.1922-ciildə, Mudanya Atəşkəs Antlaşması imzalanmışdır. Mudanya Atəşkəsi ilə Qurtuluş Savaşının əsgəri səhifəsi sona çatmış, siyasi səhifəsi başlanmışdır. Bu Antlaşma ilə, Doğu Trakiya (Ədirnə) və İstambul savaşsız TBMM-nə verilmiş, Osmanlı Dövləti hüquqi cəhətdən sona çatmış, Mondros Atəşkəs Antlaşması qüvvədən düşmüşdür. Mudanya Atəşkəs Antlaşmasını TBMM-si tərəfindən İsmət Paşa imzalamışdır.
Daha sonra “Tarih Dosyesi...”ndən oxuyuruq, “Serbest Fırka lideri bu şekilde suçlanırkən Şükrü Kaya isə günə damğasını vuran sözünü söyləyərək Türkiyənin demokrasi yolunda halayerinde saydığını gösteryordu: “Hürriyyet namına devlet otoritesini (nüfuzunu,M.Ə.) feda edemeyiz!” Kayaya göre, Serbest Fırka ülkede karğaşa ve anarşi çıkaryordu.”
Əgər, doğrudan da yeni tətbiq ediləcək üsul (o,nə olursa, olsun) dövlətin sonunu gətirəcəkdisə...əlbəttə ki, bina gedilməsi səhv olardı və onda TBMM-i haqlı olardı... Axı, əslində belə deyildi... əslində isə, normal siyasi yarışma “ixtişaş” adlandırılaraq bəhanə edilir və demokratiyaya açıqcasına böhtan atılırdı.
...Yəni, SCF-nin artıq cücərtməyə başlatdığı yeni (İzmirdə böyük coşquyla qarşılanması), demokratik düşüncə ortamında, daha üstün fikirli insanların iqtidara gələcəyi, əski düşüncəlilərin ellikcə cümhuriyyət rəhbərliyinə daşınmayacağı və ən əsası Atatürk sonrası, İ.İnönünün, cümhurbaşqanı olmayacağı aşkar görünürdü, deyə... bu sürəc əngəlləndi.
Məncə, M.Kamalın, Sərbəst Cümhuriyyət Partiyasını qapatmaqla demokratik düşüncəli qürurlu dostlarından ayrı düşməsi və şəxsi ailəsinin olmaması, onun pisliklərdən qoruna bilməməsinə şərait yaratdı. Daha sonra, M.Kamal tədricən , səmimi olmayan yaltaqlarla bürokratik əhatəyə alınmaqla təkləndi və özünün Afət İnama yazdığına görə, həkimin səhv müalicəsi (43 şüşə Kinin zəhəri) ilə aradan götürüldü...Belə müalicə səhvən olmaya bilməzdi...(“Yeni mesaj” qəzetəsi, yazarı Yusif Karacanın “Gündəmdə yenidən: Atanın şehit edildigine dair içimde hiçbir şüphe kalmadı.” bitüsü (məqaləsi)).
Ağıllı böyüklərimiz bilirdilər ki, haqlı tənqidi, təklifi kimin, necə deməyinin də böyük fərqi var, əgər dost edirsə, qəbul etsən, sonucda səni ellikcə uğur gözləyir, yox əgər qəbul etməsən, əlin, əldə edə biləcəyin faydadan çıxır... ya yerində sayırsan, ya da ellikcə geri düşürsən...
Amma, düşmənin səni haqlı tənqid etsə də və ya edə bildiyi halda, etmirsə də... demək, hər iki halda əlyeri hazırlayıb, fürsət gözləyir, boşluqdan yararlanıb gec, tez səni elə vuracaq ki, qarşısını almaq gec olacaq və səni çökdürəcək. Ağıllı atalarımızın bir məsəlinin burda yeri var desəm, deyir: “Hoohoo, var dağdan endirir, hoohoo, var dağa qaldırır.” Burada dostun (oxu, demokratik müxalifətin) hoohoosu, əlbəttə ki, dağdan endirəndir, yəni, hamının xeyrinə sülhə, inkişafa aparandır.
Əgər, Serbəst Cümhuriyyet Fırkası yaşasaydı, onda... türk toplumunda eyni məsələyə fərqli fikirlər deyilə biləcək, dartışmalardan sonra zamanı üçün cilalanmış, ən optimal gerçək fikir ortaya çıxacağı ənənəsi yaranacaq və bu, toplumun yaşam tərzinə çevriləcəkdi... Yəni, fərqli fikirlərin demokratik yarışması ortamında səhv və düzgün fikirlər ayarlanacaq, bu fikirlərin haqlısı əsasında düzgün qərarlar verilməklə ən sərfəli inkişaf yoluyla keçiləcək və yurd, bütün alanlarda bu qədər ləngiməyəcək, yerində saymayacaq, bu gün sürükləndiyi cəhalətə gömülməyəcək... əksinə, eynən Qərbi Avropa və ABŞ kimi, öz milli özəlliklərilə qabağa gedə biləcəkdi...
Başqa sözlə, Serbəst Cümhuriyyet Fırkasının qapadılmasıyla, hər bir toplumda olduğu kimi, Türkiyə toplumunda da daim əmələ gələn, qaynaşmaqla saf-çürük edilən və toparlanan iç enerjinin, Türk xalqının faydalı iş əmsalına çevrilməsi sürəci (prosesi) əngəllənmiş oldu...
Beləliklə, toplumun idarəçilikdə doğal yaradıcılıq imkanı əlindən alındı, yəni, bu sahədə boşluq yarandı. Daha doğrusu bu boşluq süni surətdə, şəxsi maraqların xeyrinə, toplumun ziyanına yaradıldı. Süni surətdə yaradılan bu boşluqda isə... Atatürk tərəfindən öz qınına qısıdılmış İslam cəhaləti, ondan sonra yenidən, yavaş-yavaş ayaqlanmağa başladı. Halbuki, əgər ölkədə demokratik yarışma sonucunda hərəkətli gəlişmə, çağa layiq bir yaşam tərzi oluşdurulsaydı... İslam dini cəhalətinə yol açılmaz, türk vətəndaşı da bu günkü geriliyi yaşamazdı...
Necəki, Avropada inqilablar sonucunda, geriçi kilisə hakimiyyətdən kənarlaşdırılmış, xristianlıq kilisədə şam yandırmaqla məhdudlaşdırılmışdı, İslam da eynən, insan taleyi ilə bağlı yarımvəhşi fitvalar verməkdən, cəhaləti yaymaqdan uzaqlaşdırılacaq və yalnız, məsciddə namaz qılınmaqla məhdudlaşdırılacaq, millətə ziyanından başqa heç bir xeyri olmadığı halda, cahillərin ianələri hesabına dövlət içində dağıdıcı bir faktora çevrilib, toplumun düşüncəsini, təlim, tərbiyəsini, bir sözlə yaşamını geriliyə sürükləyə bilməyəcəkdi.
Mollaların dövlət tədbirlərində iştirakı, dini icmaların vergiyə cəlb olunmaması əsla yolverilməzdir, çünki, din, özünün bütün içəriyi (mahiyyəti) ilə dünyəvi yaşam tərzinə qarşıdır və topluma indiyədək özünün varlığını bilimlə sübut etməmiş, bu barədə ancaq yalan vədlər verməklə məşğuldur.
Çox üzüntülü ki, biz bu gün... XXI yüzildə, yenidən ayaqlanmış İslam cəhaləti tərəfindən, Atatürkün layiq Türkiyəsinin simasında, Qurtuluş Savaşından qabaqkı, Osmanlı dönəminin yaşadığı İslam bataqlığı dövrünə qaytarılırıq...
Türkiyənin, bütövlükdə isə, müsəlman Şərqinin, islam dininə daha çox sarılmasında ərəbbaş din tüccarlarından başqa, Qərbi Avropa və ABŞ-ın sömürgəçi imperialist dairələrinin (oxu, maliyyə sələmçi, xammal axtaran sənaye kapitalı, xarici xüsusi xidmət, hərbi sənaye orqanları, xristian düşüncəlilər və onların hakimiyyətdə təmsilçiləri) də rolu az deyil, onlar bunu birbaşa yox, dolayısıyla içimizdəki İslam xəyanətkarlarının, sapıklarının əlilə edirlər. Çünki, onlar yaxşı bilirlər ki, bir millətin (oxu,onların rəqiblərinin) geridə qalmasını, gəlişməsinin qarşısını almaq üçün... onun, geri düşüncəli dini yaşam tərzində saxlanılması vacibdir. Məsələn, Türkiyədə, son dövrlərdə dünyəvi dövlət qurluşuna qarşı olan, ABŞ-da yuvalanan Fətulla Gülənin İslam cəhalət çetesinin oluşdurduğu, bəzən pulla, bir qarın ərzaqla satın alınan cahil elektorat (seçici) sayəsində siyasi hakimiyyətə sahiblənmiş, antidemokratik, antitürk, geriçi ərəb düşüncəli Rifah Partiyası və AKP (Adalet ve Kalkınma Partisi)-ni göstərmək olar.
Lakin, Qərbi Avropa və ABŞ-n sömürgəçi dairələrini, onların, liberal dəyərlərə söykənən demokratlarıyla eyniləşdirmək olmaz, çünki, ikincilər BMT-nin, Ümumdünya İnsan Hüquqları Bəyənnaməsinə (10.12.1948), Avropa Şurasının, Avropa İnsan Hüquqları Konvensiyasına (İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya, 04.11.1950) uyğun olaraq, özləriylə yanaşı başqa insanların da xoşbəxt yaşamalarını istəyir və bu yöndə bacardıqları yardımları etməklə dəstəkləyirlər. Bu dəyərlər, dünya öncüllərinin bütün alanlarda bu günə əldə edə bildikləri ən üstün dəyərlərdir.
Demokratik seçki, özü özlüyündə, hələ heç də çağın ən üstün dəyərlərinə sahib olmaq demək, deyildir. Demokratya – toplumun öz keyfiyyətindən ən üstünlərini ortaya çıxarır, ona kənardan üstün keyfiyyət əlavə etmir. Başqa sözlə, demokratya – toplumun xasını başa gətirir. Lakin bu, hələ heç də dünyada ən yaxşısı anlamına gəlməz, toplumun əksəriyyətinin daşıdığı keyfiyyətin ən üstünü anlamına gələr. Bu fikri daha da xırdalasaq, əgər toplumun çoxu üstün dəyərlərə sahibdirsə demokratik seçki ilə özünün ən yaxşısını öz başına gətirər, yox əgər, toplum əksərən savadsız və cahildirsə, onda demokratik seçkiylə öz başına özünə uyğun, ən çox mənfi işarəli birisini, daha dələduzunu gətirəcəkdir. Məsələn, necə ki, kriminal aləmdə cinayətkarların arasından ən bacarıqlı oğru, oğrubaşı (vorzakon) seçilir. Beləsindən, toplumun faydasına nəsə gözləmək axmaqlıqdan başqa bir şey deyildir. Belələləri hakimiyyətə gələrsə, toplumda başqasının haqqını, əmlakını oğurlama üsullarını təkmilləşdirəcəkdir, necə ki, edirlər, çünki, qafasında başqa şey yoxdur, olan budur... Odur ki, cahil, savadsız toplumun seçkisindən yaxşı, keyfiyyətli başçı seçilməsini əsla gözləməyin.
Deməli, çağın ən üstün dəyərlərinə malik olmaqdan ötrü, öncə toplumun keyfiyyətini müsbətə doğru dəyişmək, yəni, ona ən üstün dəyərləri öyrətməklə qandırmaq (maarifləndirmək) lazımdır. Bunu etmək, görəvlilərin birbaşa, aydınlarınsa mənəvi borcudur.
Yalnız, çağın ən üstün dəyərlərini bir yaşam tərzi olaraq mənimsəmiş toplum, demokratik seçki ilə öz başına müsbət işarəli ən üstünlərini gətirə bilər.
Dünyanın çox acı tarixindən göründüyü kimi, dünyəviliyə, bilimə qarşı olan, dini təməllər üzərində qurulan, siyasətlə məşğul olmaq, hakimiyyətə gəlmək istəyən hər cür qurum, partiya, hərəkat... topluma ziyanlı kimi qadağan edilməlidir.
Habelə, bir sinifin, sosial qrupun, başqaları üzərində hegemonluğu iddiası ilə hakimiyyətə gəlmək istəyən, milli simasız, liberal dəyərsiz kommunist partiyaları törətdikləri cinayətlər, kütləvi qırğınlar suçlarından dolayı, topluma ziyanlı kimi qadağan edilməlidir.
Çünki, demokratya, liberal dəyərlər, insan azadlığına və topluma zidd olanı rədd edir.
Millətçiliyin, yəni, özünə layiqli dəyər vermənin, liberal dəyərli demokratik dövlətçiliyin qənimi olan, yarımvəhşi ərəb düşüncəsinə əsaslanan İslam ümmətçilik görüşləri, ərəb olmayan müsəlmanların, o cümlədən türklərin mənəviyyatının və milli birliyinin dağıdıcısıdır, desək, yanılmarıq.
Məsələn, M.K.Atatürün “Nutuk”undan (2005,AlFA Basım Yayım Dağıtım San. ve Tic. Ltd. Şti.,www.alfakitap.com, info@)alfakitap.com) oxuyuruq, Türkiyəni yabançı işğalından qorumaq üçün Qurtuluş Savaşını başladan Mustafa Kamal Paşa və Refet Beyin tutulub İstambula göndərilməsi barədə, Sultan Vahdetdinin (o, həm də Xəlifə, yəni, ali dini başçı idi) 30 iyul 1919-cu il tarixli fərmanı (səh.54)..., İstambul mollası Molla Saitin, İstambuldakı ingilis Papazı (keşişi) Mister Frevə, onun puluyla casusluq edərək, Türkiyədə ingilislərə qarşı olan qüvvələr, o cümlədən Qurtuluş Savaşı aparan Mustafa Kamal Paşa haqqında məlumatlar dolu yazdığı 12 məktubu (səh.223-230) və sairə, sonsuza qədər , bütün müsəlman Şərqinin tarixi...
Təsəvvür edirsinizmi, ölkə işğal olunub, Osmanlı Dövləti çöküb, Anadoludan, Qurtuluş Savaşı aparan milli vətənpərvərlər baş qaldırıb...Osmanlı Sultanı Vahdətdin isə, özünün 600 illik dövlətinin bacarmadığı, yabançı əsarətindən qurtarıcı missiyasını öz üzərinə götürən yarıac, imkansız kişilərə yardım etmək əvəzinə... xəzinəsini də götürərək, alçaqcasına, savaşdığı İngilis hərb gəmisinə sığınıb xaricə qaçmaqla öz xalqından canını qurtarır... bu qədər bəsit bir rəzillik...
Mən əminəm ki, əgər Sultan fərarilik etməyib, öz gücünü türk millətinin yenilikçilərinin, Qurtuluş Savaşçılarının gücünə qatsaydı... tarixi statusunu mümkün formada qorunmaqla, özü də nəsli də indi vətəni Türkiyədə şərəflə yaşayırdı... eynən İngiltərədə, İspaniyada, Hollandiyada, Danimarkada, Yaponya və başqa ölkələrdə olduğu kimi. Amma, etmədi, çünki, özünü bu millətdən saymır, ondan üstün tuturdu, anası ingilis Henriet (Gülüstan sultan) idi, bəlkə də türklüyü yox etmək missiyasını sonacan sədaqətlə yerinə yetirməyə çalışdı (bunu aydınlaşdırmaq üçün ingilis xarici xidmətinin arxivinə baxmaq lazımdır)... elə Molla Sait kimi... necə ki, milli simasız müsəlmanlar “Keşkə, Yunan qazanaydı (Qurtuluş Savaşını,yəni)” deyirlər, ancaq, milli mənlik şüuru olan türk kişisinin dirənişi üzündən bu xəyanətkarlıqlar alınmadı.
Başda, Böyük Britaniya olmaqla, həmin Avropa dövlətlərinin krallarının, iqtidarlarının öz soylarının təmizliyini qorumaları, mümkün qədər öz ailələrinə yadların alınmaması tələbinə ciddi əməl etmələri... onların milli birliklərinin saxlanılmasının təməl prinsiplərini təşkil etmişdir.
Bu, çox qiymətli sosial dəyərin tam əksi olaraq, bütün müsəlman Şərqində hökmdarlar öz soylarının təmizliyini hakimiyyət qolu kimi yetərincə qorumamış, ailələrini, həm də toplumun faydasına deyil, daha çox öz şəxsi keflərinin istəyi üzərində qurmuş, İslam təməlçiləri və Quranın örnəkləri əsasında onlarla, bəzənsə yüzlərlə arvad saxlamışlar ki, bu da onların soylarının və hakimiyyət qollarının zibillənməsinə səbəb olmuşdur. Məsələn, İran şahı Fətəli şah Qacarın 189 arvadı, 260 uşağı (144 oğlan, 116 qız, Vikimənbə), cəmi 40 Osmanlı sultanının isə 32-nin anası türk olmamış, xristian (II Abdülhamidin anası erməni Virjin, yəni, Tirimüjqan sultan),(Qızılbaş TV,29.12.2016) olmuşdur. Fətəli Şahın ikinci oğlu, Azərbaycan valisi Abbas Mirzə, ruslara qarşı döyüşmək üçün yardım almaq məqsədilə, Osmanlı Sultanı II Mahmudla görüşərkən, Sultanın ona yarı zarafat, yarı ciddi: “Atana de ki, arada bir dövlət işlərilə də məşğul olsun”, deməsi, Fətəli Şahın dövlət işlərindən daha çox eyiş işrətlə məşğul olmasına işarə idi...
Sual oluna bilər ki, nədən bəzi ölkələr monarxı, krallığı məhdud səlahiyyətlərlə, bəzən də özlərinin tarixi dəyərləri kimi formal bir institut olaraq qoruyub saxladılar, ləğv etmədilər? Məncə, bu ona görə mümkün oldu ki, əsrlərcə mütləq hakim olan bu monarxlar, siyasi qurluş dəyişilən zaman öz xalqlarına qarşı olmadılar, nə qədər konservativ olsalar da, köhnə qurluşun saxlanılmasına nə qədər dirəniş göstərsələr də, lakin, son anda öz xalqlarının yanında olmağı bacardılar, ondan ayrı yaşamağı istəmədilər, öz xalqları ilə düşmənçilik etmədilər. Çünki, onlar iqtidarlığı zamanı da mənən öz millətlərindən ayrı olmadılar, əksinə, öz xalqlarının taleyüklü məsələlərini bölüşdülər. Görünür, hakim kimi nə qədər fərqli statusda olsalar belə, bizdən fərqli olaraq, onlarda, qarşıdakını özündən və özü kimi insan saymaq, dinləmək, dərdini bölüşmək mədəniyyəti olub... bu mədəniyyəti özləri yaradlblar.
Elə bu, üstün qabiliyyətləri üzündən də İngiltərə, dünyada siyasi vəziyyət dəyişəndə, dünyanın dörddə birini təşkil edən, 36.6 milyon kv/km-lik imperya ərazisi və 458 milyon əhalisi olan, 16 ölkədən ibarət müstəmləkələrini (oxu, düşmənlərini)... tərəfdaşlarına çevirib, özlərinin başçılıq etdikləri iqtisadi birliklərini yarada bildilər, sonucda sənayelərinin xammal mənbələri əllərində qaldı, onları itirmədilər, bu gün də layiqincə əməkdaşlıq edirlər. Bu gün xammal mənbələri axtaran əsasən başqa dövlətlərdir...
Sonda, görkəmli insanların bu mövzuyla səslənən fikirlərini sunuram ki, deyiləni qavramaq asan olsun:
M.F.Axundov: “Ərəblər bizim minillik səltənətimizi yıxdılar, şan və şövkətimizi bərbad etdilər, vətənimizi elə xarabadn da xarab etdilər ki, bu günə qədər abad etmək mümkün olmayıbdır.” FB,Gabala,18.12.2016.
M.K.Atatürk: ”Size seslenyorum, unutmayın ki, en böyük savaş, cehalete ve gerilige karşı yapılan savaştır.” FB, Atatürk Felsefemiz, 27.05.2016.
Riçard Nikson, keçmiş ABŞ prezidenti: “Müsülman ülkelerinde demokrasi ve layiklik olmasına izin verməyiz. Egitim sisteminin ve ülke idaresinin din temelleri üzerinde kurulması gerekyor. Başlarındakı çoban ele getirince, ölkeyi biz yönetiriz. Bu doğrultunda tedbirler almak zorundayız.” FB, “Vatanseverin sesi.”,05.01.2017.
Uniston Çörçill, İngiltərə Baş Bakanı: “Türkleri savaşark, asker ve silah kullanarak asla yenəməzsiniz. Türklerin sadece din adamlarını ele geçirip, onları kullanın! Onlar zaten devleti yıkarlar!” FB, Dilber Hesenbeyli, 06.09.2015.
Necə ki, bu gün yıxıblar...
Mark Tven, yazıçı: “Din, ilk dolandırıcının (dələduzun) ilk ahmakla karşılaşdığı gün icad edildi.” FB, Curət Əhmədli, Dünya Azərbaycan Ateistlər Birliyi, (DAAB), 31.10.2018.
La Martine: “Türkler bir irk ve millet olarak yeryüzünün en şerefli insanlarıdır.” FB, Çağrı Çehreqanlı, 29.09.2014.
Hüseyn Cavid:
“Turana qılıncdan daha kəskin, ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət.”
Bütün müsəlman Şərqinin tarixi və bu günkü həyatı yuxarıda deyilənlərə bariz sübutdur.
Mənim bu yazım, kimsə, o cümlədən din cahilləri tərəfindən Kamalçılara qarşı ittiam kimi əsla kullanıla (istifadə edilə) bilməz, çünki, onların tənqidi sağlam düşüncəyə, türk millətinə xidmət etməz, əksinə, öz şəxsi, ərəb gerilikli, xəstə xəyallarını qorumaq istərlər...
Ancaq mən inanıram ki, hansı bataqlığa salındıqlarını görən Atatürk Qurtuluş Savaşçılarının qanan yeni nəsli yenidən yapılanıb (təşkilatlanıb) toparlanacaq, əziz vətənlərini yarımvəhşi cəhalət üfunətindən qurtaracaq və çağdaş ölkələr sırasına qatacaqlar.
Məmmədxan Əzizxanlı, Bakı, 30.12.2018-ci il.
N.S
Pezeşkian: Hər kəs İran-ABŞ anlaşmasının arxasında dayanmalıdır
İran ABŞ-ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb
ABŞ rəsmisi: İsrail Türkiyə sərhədində “təhlükəli oyun” oynayır
Təbriz imam-cüməsi Koroğlu tamaşasının rejissorunu hədələməsindən geri çəkildi; məsələ həll olundumu?
ABŞ blokadası fonunda İranın xam neft yükləmələri müharibədən əvvəlki səviyyənin yeddidə birinə düşüb
Iranda universitet müəllimləri beyanat yayd- Siyasi məhbuslar
Livan İranın yeni səfirinin ölkəni tərk etməli olduğunu bildirir
Tramp: İran razılaşma istəyir, amma “düzgün razılaşma” üçün hələ hazır deyil
24 yaşlı siyasi məhbus edama məhkum edildi
Oman və İran XİN başçıları Hörmüzü müzakirə ediblər
Suriya münasibətlərin yaxşılaşması üçün İranın suriyalılara qarşı etdiklərini qəbul etməli olduğunu bildirir
Marağada 14 iaşə obyekti bağlandı
Əhvazda yüzlərlə siyasi məhbus ağır vəziyyətdə saxlanılır
Qalibaf: Xalq acdırsa, İslam Respublikası mövcudluğunu davam etdirə bilməz
İranda evlilik yaşına çatmış subayların statistikası
Başqa seçimimiz yox idi - Tramp
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
47 iranlı İsrailə köçdü
İranşəhrilərdən “Xəzər dənizi”nin adının dəyişdirilməsi üçün yeni kampaniya
İranda etirazçı Şəhərəm Sadıqi edam edildi
Əhalinin Qeydiyyatı İdarəsinin türk adlarına qarşı təzyiqi davam edir
15 ölkədə yaşayan 121 Güney Azərbaycanlı siyasi, sivil və akademik fəal Güney Azərbaycandakı siyasi məhbusların vəziyyətinin izlənilməsini tələb etdi
Abbas Lisaninin həyat yoldaşı Kəşfiyyat İdarəsinə çağırıldı
İranda sərt xətt tərəfdarı olan qəzet məcburi hicab qanununun icrasını tələb edib
Türkiyənin Türk dövlətləri ilə ticarəti 6 ayda 9,4 milyard dollara çatdı
Urmu gölü qırmızı oldu
Tramp və SEPAH arasında gizli kanalın pərdəarxası üzə çıxdı
İran bayrağını yandıran tələbələr universitetdən qovuldu
Vəziyyəti ağırlaşan milli fəalın müalicəsinə icazə verilmir
WSJ: İranın Hörmüzdə gəmilərə hücumları artır
İranda ərzaq qiymətləri 128 faizi keçdi
“Əfqanıstan Türk-Özbək şairlərinin antologiyası” kitabının ikinci cildi Tehranda təqdim edildi
İran Məsrur Bərzaninin ofisinə iki dronla hücum etdi
Çin tankerləri Hörmüz və Bab-Əl-Məndəb boğazlarından yan keçir
İran vitse-prezidenti: Sanksiyalar kölgə neft ticarətini, fırıldaqları və maraq qruplarını gücləndirir
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu