Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq
Bu qeyri-bərabərlikdir - Jailə
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
Zakir Həsənov: Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizliyin mühüm platformasıdır
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
ABŞ-ın üç aviadaşıyıcıdan ibarət qüvvəsi 20 minədək hərbçinin bölgəyə göndərilməsi demək ola bilər — WP
Tramp: İranın nüvə silahı əldə etməsinə bir neçə həftə qalmışdı
İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
Hikmət Hacıyev: C5+1 formatına qoşulmaq Azərbaycanın öz köklərinə qayıtması deməkdir
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüşüb
Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
ABŞ Səudiyyə Ərəbistanı və Qətərdə Patriot-lar yerləşdirir
Almaniyada İŞİD-çi saxlanılıb
Ərdəbilli qadın fəala həbs və şallaq cəzası verildi
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda azlıqlara qarşı ayrı-seçkilik məhkəmə sistemində də yayılıb - Sato
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Türkiyənin Milli Təhlükəsizlik Şurası müharibənin davam etməsi ilə bağlı xəbərdarlıq edib
İraq qeyri-iraqlı silahlı qrupları tərksilah edəcək
Husilər Mədinəyə hücum etdilər
Neftin qiyməti düşdü
ABŞ Yaxın Şərqə üçüncü təyyarədaşıyan gəmi və ikinci dəniz piyada diviziyası göndərir
Ərdəbil İnqilab Məhkəməsi onun 10 aylıq həbs olunması barədə qiyabi hökm verdikdən sonra o, bir-iki gün öncə küçədə saxlanaraq həbs edilmişdi.
Abbas Lisani BBC News Azərbaycancaya müsahibəsində deyib ki, məhkəməyə çağırış və hökm barəsində ona SMS vasitəsilə xəbər göndərilib və o, bu cür cağırışı qanunsuz saydığı üçün hökmün icrasına müqavimət göstərəcəyini bəyan edib.
İranda yaşayan azərbaycanlıların hüquqları uğrunda apardığı mübarizəyə görə dəfələrlə həbs olunmuş Abbas Lisani BBC News Azərbaycancaya təkcə yeni həbs qərarından yox, həm də etnik azərbaycanlıların üzləşdiyi problemlərindən danışıb:
-Abbas bəy, niyə həbs edilmişdiniz?
- Haqqımda qiyabi hökm verilmişdi. Mənə məhkəməyə getməyim üçün kağız, sizlər çağırış deyərsiniz, göndərilsə də, gəlib çatmamışdı. Başqa biri yerimə sənədə imza atmışdı. Sonra da SMS göndəriblər ki, get filan məhkəməyə. Qazi də bu olanlara təəccüb etdi, necə olub ki, onun göndərdiyi sənəd mənə çatmayıb.
Bu səbəbdən də hökm mənim iştirakım olmadan qiyabi verilmişdi. Hökmə görə 10 ay azadlıqdan məhrum edilməliyəm, bu müddətdə Təbriz zindanında olmalıyam. Daha sonra məni tutuqlayıb apardılar. Amma hökm veriləndə zalda olmadığım üçün ayın 15-nə məhkəməyə getməyim üçün çağırış verdilər.
Milli fəallar azadlığa çıxmağım üçün girov qoydular. Həmin məbləğ əvvəlcə 50 milyon tümən (2 min manat-red.) idi, sonradan 100 milyon (4 min manat- red.) tümən etdilər. Amma sağ olsun Təbrizdəki fəallar, qısa zamanda girovu verdilər.
- Bu dəfə məhkəmədən fərqli qərar gözləyirsiniz?
- Mən ədalətli qərar gözləmirəm. Adətən qazilər siyasi qərar verirlər. Bu dəfə də belə olacaq. Həbs cəzası 10 aydan az olmasa da, çox da olmayacaq. Heç önəmli deyil. Millətimizin yolunda daha sərt cəzalar olsa da hazırıq.
- Siz nədə ittiham olunursunuz?
- İki ittiham var. Türk musiqiçisi, milli fəal, bizim böyüyümüz olan Həsən ağa Dəmirçinin dəfnində orda idim. Onun çox sayda əsərləri, öyrənciləri var, milli fəal kimi zindanda olub. Ölümündən 2-3 il qabaq 6 aylıq həbs edilmişdi. Yaşı 70-i ötmüş bir insana belə rəhm etməmişdilər. ETTELAAT tapşırıq vermişdi ki, dəfndə danışma, amma camaat çıxış etməyimi istədi. Mən də çıxıb 10-12 dəqiqə danışdım. Çıxışımda nizamın, quruluşun əleyhinə heç nə yox idi.
Orda sadəcə Həsən ağa Dəmirçi haqda, Azərbaycan haqqında danışdım. Burda nizam əleyhinə nə ola bilərdi? Amma elə hesab edirlərsə, elə olsun. Mən danışacam. İkinci ittiham keçən il Babək qalasına edilən yürüşlə bağlıdır. Orda çıxışımda demişdim ki, biz güclü olmalıyıq, millətlə təmasda olmalıyıq, millətlə təmasda olacağımız belə yerlərdən biri də Babək qalasıdır, burda bir araya gəlməyimizdir. Bu dediklərimi də çağırış saydılar.
Mən də daxil olmaqla təxminən yüz nəfər saxlanmışdı o zaman. Buna rəğmən Babək qalasında toplantı davam etdi. Yəni həm Babək qalasında, həm də Dəmirçinin dəfnindəki çıxışlarımda çağırış etməkdə ittiham olunuram. Bunlar saxta ittihamlardır. Hüquqa sığmır. Hər il Babək qalasına yürüş olub, olacaq. Bunun qarşısını almaq mümkün olmayacaq. Konstitusiyada da yazılıb ki, hər bir vətəndaşın yığıncaq qurmaq, toplaşmaq haqqı var.
- Babək qalasına yürüş zamanı sizdən başqa saxlanılanlar olduğunu da dediniz. Onların aqibəti necə oldu?
- Onların əksəriyyəti sonradan buraxıldı. İki nəfər İbrahim Nuri və Cəfər Rüstəmihaqqında hökm verilib. İbrahim Nuri 18 ay, Cəfər Rüstəmi 6 ay həbs cəzasına məhkum ediliblər. İbrahim həbsdən sonra İranın ucqar şəhərlərindən birinə iki illik sürgün olunacaq. Həm də hər iki məhkum ictimai-siyasi qruplara üzv olmaq, mediada çıxış etmək hüququndan məhrum ediliblər.
- Babək qalasına edilən yürüşlər ərəfəsində və tədbir zamanı hər il saxlananlar olur. Bununla belə hər il də qalaya yürüş edilir. Bu ənənənin arxasında nə durur, bu yürüş azərbaycanlılar üçün nəyi simvolizə edir?
- Hər il iyunda Babəkin doğum günündə Bəz qalasına yürüş edilir. Buna Cümhur qalası da deyərlər bəzən. Bu tarixi şəxsiyyətin, əzəmətli insanın simvoludur, Babək 20 ildən yuxarı işğalçılara qarşı mübarizə aparıb. İndi də bu qala, burdakı ortam işğalçılara qarşı durmağa güc verir.
Böyük bir insanın olduğu, mübarizə apardığı fəza, yer adama qürur, özgüvən verir. Körpü rolunu oynayır. Azadlıq havası duyulur. Bu tədbirin kütləviliyini görəndən sonra İran hökuməti bir neçə il qabaq silahlı qüvvələri ora töküb bunun qarşısını almağa çalışdı.
Orda döyülənlər oldu, tutulanlar oldu. Odur ki, ildən-ilə hərəkat zəiflədi. Amma indi yavaş-yavaş dirçəlir. İranda tək Babək qalasına yürüş yoxdur ki, həm də "Traxtur" hərəkatı var. Azərbaycanlıların futbol klubu (Həmin klub "Traxtur" adlanır) oynayanda, oyundan öncə və sonra küçələrdə, stadionda milli şüarlar səsləndirilir. Bu, türk milləti ilə bağlı şüarlardır. Bunu eşidəndə İran hökuməti dəhşətə gəlir.
- İranda yaşayan azərbaycanlıların hədəfi, mübarizəsinin məqsədi nədir?
- Təbii ki, birinci növbədə ana dilində danışmağın, təhsil almağın davasını aparırıq. Ana dilində təhsilə imkan yaratmır. Biz də haqqımız olanı tələb edirik. İstəyirik türk dilində (Azərbaycan dili nəzərdə tutulur -red.) məktəbimiz, universitetimiz olsun.
- Azərbaycan Respublikası Gürcüstanda yaşayan azərbaycanlılara ana dilində dərsliklər göndərir, ordakı gənclərin təhsil almasına SOCAR vasitəsilə yardım edir. Burda yaşayan azərbaycanlılara da öz dillərində təhsil almaları üçün yardım göstərməsini, məktəb açmasını gözləyirsinizmi? Ümumiyyətlə, bu realdırmı?
- İran İslam Respublikası dini düşüncələr yayır. Bunu edən hakimiyyət, ya dövlət şimali Azərbaycanın burda məktəb açmasına ya mədəni fəaliyyət göstərməsinə icazə verərmi? Sizcə, könülləri buna razı olarmı? Burda haqqını tələb edən milli fəallar hər zaman suçlanır, ya Azərbaycan Respublikasına, ya da Türkiyəyə bağlanır. Gürcüstanda durum fərqlidir. Burda belə addım suç sayılacaq.
İran dövləti türklərin ana dilində məktəb açmasına razı olmaz, bunu kəsinliklə deyirəm. Burda 100 ilə yaxındır assimilyasiya siyasəti gedir. Nəzarətlərində olan televiziya, rdaio vasitəsilə türkləri öz soylarına, köklərinə biganələşdirirlər, öz soylarından uzaqlaşdırırlar.
Şimali Azərbaycandan belə bir intizarımız (gözləntimiz- red.) yoxdur. İran dövləti ana dilində məktəb açmağa izn versə, özümüz də yarada bilərik. Ana Yasada deyilir ki, farscadan savayı, başqa dillərdə təhsil almaq, oxumaq mümkündür. Amma Ana Yasaya riayət edilmir. Ana dilində təhsil istəyəni separatçı, pantürkist adlandırırlar. Necə deyərlər, "davam edir 37".
- Texnologiyanın inkişaf etdiyi indiki dövrdə ana dilində yazmağı, oxumağı məktəbsiz də öyrənmək mümkündür bəlkə də. Bu imkanlar necədir?
- Hər bir insan öz dilində təhsil almalıdır. Düzdür, gənclər çalışırlar öz dillərində yazıb oxumağı evdə, ya hardasa öyrənsinlər. Ancaq bu, yetərli deyil. Gərək bunu dövlət himayə edə. Bu, bizim haqqımızdır.Gənclər internetin imkanlarından da yararlanaraq ana dilini öyrənməyə çalışırlar.
Bu, dağınıq olur, sistemsiz olur. Onlar daha savadlı şəkildə dillərini, tarixlərini, ədəbiyyatlarını, şeirlərini oxumaq, öyrənmək istəyirlər. Gənclərimiz Füzulidən, Əliağa Vahiddən, Sabirdən, Şəhriyardan xəbərsizdirlər. İranda antitürk bir fəza var.
- Abbas bəy, İranda zaman-zaman ana dili tələbi ilə aksiyalar keçirilməsi, hətta aclıq edilməsi, ölkə rəhbərliyinə müraciət edilməsi haqda tez-tez oxuyuruq. Bu məsələ İranda etnik azərbaycanlıların prioritetidir və demək olar, hər zaman gündəmdədir. Bu tələblərə rəsmilərdən verilən cavablar nə olur?
- 30 ildən çoxdur bu yolda mədəni mübarizə aparıram. Hansı yola desəniz, əl atmışam. Hökumətə də yazmışam, indi yox, 20-25 il qabaqdan da yazmışam, mitinq etmişəm. Təəssüf ki, bu, işə yaramır.
100 ilə yaxındır, Qacar sülaləsi yıxılandan, pəhləvilər hakimiyyətə gələndən İranda bir siyasət qüvvədədir: bir dil, bir millət, bir dövlət, bir bayraq. Pişəvəri hərəkatı zamanı müəyyən azadlıqlar verilsə də, sonradan bu hərəkat da boğuldu.
Azərbaycanın aydınları, fəallar haqqımız uğrunda vuruşuruq. Biz ölüm-qalım savaşındayıq. Biz Babək qalası, "Traxtur" kimi hərəkatlarla haqqımızı almağa çalışırıq. İran bilməlidir ki, milli, mədəni haqlarımızı ala bilməsək, daha radikal tələblər gündəmə gələcək. Məsələn, "O tay, bu tay bir olsun, mərkəzi Təbriz olsun" deyəcəyik. Ona görə də hakim dairələr azərbaycanlılara ilımlı yanaşma göstərməlidir, mədəni haqları verilməlidir. İndiki halda azərbaycanlıların hərəkatı çox yumşaq və sivildir.
- Azərbaycanlıların ana dilində təhsil almaqdan başqa tələbləri nədir?
- İkinci ən böyük istəyimiz iqtisadi bərabərlikdir. Bu torpaq cənnətdir. Onun yeraltı, yerüstü sərvəti talan olunur, daşınır, meşələri doğranır, ekologiyasına zərbə vurulur, gölü qurudulur. Bizə qalan, necə deyim, qurudulmuş, yanıq torpaqlar olacaq.
Azərbaycanlılar yaşayan bölgələrdə fabrik-zavod, iş yerləri yoxdur. Türklərin və ya başqasının açmasına imkan verilmir, qısıtlanır. Təbrizdə, Ərdəbildə, Urmuda, Qəzvində, Sunqurda, Gilanda, yəni türk olan yerlərdə işsizlik var. Məsələn, qaşqaylar yaşayan bölgədə iqtisadi fəlakətdir deyərdim.
Farsların yaşadığı bölgələrdə durum fərqlidir, daha yaxşıdır. Bilərək belə siyasət yürüdülür. Bir vaxtlar Güney Afrikada olduğu kimi burda da türklər çoxluq təşkil etsə də, mədəni, siyasi, iqtisadi hüquqlarından məhrumdurlar. Amma çəkic vurulduqca, dəmir möhkəmlənir. Biz də əzildikcə möhkəmlənəcəyik.
- İranda yaşayan milli azlıqların təşkilatlanması, siyasi və ya milli mədəni qurumlarda bir araya gəlməsi mümkündürmü?
- Təşkilatlanmaq mümkün deyil. Ya gərək hakimiyyətə bağlanasan, ya da yeraltına gedəsən, gizli mübarizə aparasan. Bunun heç birini istəmirik. Biz işimizi bilirik. Texnoloji imkanlar əlaqə qurmağımıza şərait yaradır. Millət də oyanır, 100 ildir millətin hafizəsini silmək istəsələr də alınmır, biz də beynəlxalq qanunlar çərçivəsində, sivil şəkildə mübarizəmizi apararaq haqlarımızı alacağıq.
- Amma İranda azərbaycanlıların siyasi fəaliyyəti yasaqlanmır. Məsələn, bu gün parlamentdə azərbaycanlı deputatlar təmsil olunur. Onlar sizin sadaladığınız problemləri orda qaldırırılar hər halda.
- Millətimizin, insanlarımızın sözlərini, fikirlərini bəzən çatdırırlar. Amma söz olaraq çatdırırlar, əməli bir şey yoxdur. Odur ki, o millət vəkillərindən təmənnamız yoxdur. Zatən onları biz seçməmişik. Nə intizarımız olacaq onlardan? Onların müridi mütləqi-sistemdir ki, o da bu gün bizi əzir. İnanmasınlar ki, əkdikləri toxum cücərər. Yetər ki, getdiyimiz yolda imanımız, güvənimiz olsun."
Mənbə:
https://www.bbc.com/azeri/azerbaijan-46808127
N.S
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
Sünni din xadimi məhkəməyə çağırıldı
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
İranda qadın müğənniyə 74 şallaq cəzası
Fidanla Əraqçı görüşüb
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Tarımda üç işçi həyatını itirib
Qaşqay qadın fəal həbs edilib
Husilərin silah anbarları bombalandı
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir