SON XƏBƏRLƏR

Pompeo: “İran şiə terrorizmindən əl çəkərək, normal ölkəyə çevrilməlidir”

2021.10.20, 07:36
Pompeo: “İran şiə terrorizmindən əl çəkərək, normal ölkəyə çevrilməlidir”

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo bildirib ki, “Tehrandan ixrac olunan şiə terrorizmi ilə mübarizə ABŞ-ın terrorizmə qarşı müharibəsinin əsas istiqamətlərindəndir”.

 

Bu sözləri o, ötən həftənin cümə günü “Sinkleyr” kanalı ilə müsahibəsi zamanı deyib. Müsahibənin mətni yanvarın 20-də ABŞ Dövlət Departamenti tərəfindən yayımlanıb.

 

Pompeonun bildirib ki, İran regionun bütün ölkələrində, hətta Avropada belə dini inqilab siyasəti və kamikadze kampaniyaları yürüdür. Regionun hər bir nöqtəsində terrorizmi himayə edir. Bu gün İraqda olan şiə yaraqlıları, Yəməndə husilər, Livan və Suriyada Hizbullah çox ciddi təhlükələrdir.

 

Pompeo ölkəsinin İrandan olan istəklərinin çox sadə olduğunu deyib: “Bizim İrandan olan istəklərimiz budur: atom bombası yaratma, öz nüvə proqramını və terror kampaniyalarını dayandır, kamikadze hücumları və qırğın törətməyə göstərdiyin təşəbbüslərə son ver, normal ölkə kimi rəftar et və bundan sonra öz ölkəndə İran xalqının da bu günki vəziyyətdən fərqli istədiyi şəraitdə yaşa. Bunlar hamısı bizi doğru istiqamətə aparır”- deyə ABŞ Dövlət Departamentinin rəhbəri əlavə edib.

 

Ə.A

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar