SON XƏBƏRLƏR

İran bayrağı endirildi, yerində Azərbaycan bayrağı dalğalandırıldı – Güney Azərbaycanda / GÖRÜNTÜ

2021.10.20, 07:36
İran bayrağı endirildi, yerində Azərbaycan bayrağı dalğalandırıldı – Güney Azərbaycanda / GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan şəhərlərinin birində İran bayrağı endirilərək yerində Azərbaycanın müqəddəs bayrağı dalğalandırılıb.

 

Soydaşlarımızdan biri elektirik dirəyinə çıxaraq İran bayrağını götürüb yerə atdıqdan sonra yerində Azərbaycan bayrağını dalğalandırıb.

 

Güney Azərbaycan şəhərlərinin birində baş verən hadisənin videosu azərbaycanlı internet istifadəçiləri tərəfindən geniş yayılıb.

 

Hadisənin baş verdiyi yer dəqiq məlum deyil, lakin deyinlərə görə, Azərbaycan bayrağı “Sepah”ın Bəsic Mərkəzlərindən birinin önündə dalğalandırılıb.

 

Belə hadisələrə Güney Azərbaycan şəhərlərində vaxtaşırı rast gəlinir. İran rejiminin bütün önləyici təhlükəsizlik tədbirlərinə baxmayaraq Azərbaycan Respublikası və Güney Azərbaycan Milli Hərəkatının birgə mübarizə bayrağı vaxtaşırı müxtəlif şəhərlərdə dalğalandırılır.

 

https://www.youtube.com/watch?time_continue=23&v=xQcKfixs5VU

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar