SON XƏBƏRLƏR

İranda xristianlığı qəbul edən 6 nəfər həbs edilib

2021.10.20, 07:36
İranda xristianlığı qəbul edən 6 nəfər həbs edilib

Gunaz.tv

GünAz TV: İranda islamı tərk edərək, xristianlığa üz tutan 6 şəxs təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

 

Bu şəxslərin Rəşt şəhərindən olduqları və xristianlığı yeni qəbul etdikləri bildirilir. Onlar bir neçə gün bundan əvvəl həbs edilsə də, ailələri və yaxınlarına harada və hansı şəraitdə saxlandıqları barədə heç bir məlumat verilmir.

 

BMT və insaq haqları təşkilatları dəfələrlə İran rəsmilərinə müraciət edərək, onları insanların əqidə və din azadlıqlarına və beynəlxalq qurumlar qarşısında götürdükləri öhdəliklərə əməl etməyə çağırıb.

 

Qeyd edək ki, bu, İranda xristianlığı qəbul edən şəxslərə qarşı ilk təqib halı deyil. Ölkədə ötən illər ərzində dinin dəyişən yüzlərlə insan həbs edilib, eləcə də, müxtəlif təzyiq və təqiblərə məruz qalıb. Beynəlxalq ictimaiyyət dəfələrlə rəsmi Tehranın bu cür adımlarını pisləsələr də, İran insanların etiqad azadlığına hörmət etməməyə davam edir.

 

Ə.A

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar