SON XƏBƏRLƏR

İranın Əhər şəhərində saxta alkoqollu içkilər qəbul edən 28 nəfər zəhərlənib

2021.10.20, 07:36
İranın Əhər şəhərində saxta alkoqollu içkilər qəbul edən 28 nəfər zəhərlənib

Gunaz.tv

GünazTV: İranın Şərqi Azərbaycan əyalətinin Əhər şəhərində saxta alkoqollu içkilər qəbul edən 28 nəfər zəhərlənib.

 

Bu barədə, Təbrizin Tibbi Elmlər Universiteti rektorunun müavini Höccət Purfəthi fevralın 24-də jurnalistlərə açıqlama verib.

 

O bildirib ki, kustar yolla (əldəqayırma yolla) hazırlanmış alkoqollu içkilərdən istifadə edənlər 19-50 yaş arasında olan Əhər sakinləridir: “Zəhərlənənlər Təbrizin Sina xəstəxanasına yerləşdirilib. Onlardan bəzilərinin səhhəti çox ağırdır. Onlar görmə qabiliyyətlərini itirə, ölüm təhlükəsi ilə üz-üzə qala bilərlər. Zəhərlənənlərin əksəriyyəti isə Əhərin Vərgəhan kəndinin sakinləridir. Onlardan biri artıq komaya düşüb”- deyə Höccət Purfəthi əlavə edib.

 

Xatırladaq ki, 2018-ci ilin oktyabr ayında İranın 8 əyalətində saxta alkoqollu içikilər qəbul edən 1000-dən çox insanın zəhərlənməsi barədə məlumat yayılıb.

 

A.M 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar